ArxivIslamXəbər lentiXəbərlər

Gürcü etirazçılar daxili işlər nazirinin istefasını tələb ediblər

Gürcüstan parlamenti sədrinin istefasından sonra etirazçılar daxili işlər nazirinin istefasını tələb edirlər.
Dünən Gürcüstan parlamenti sədrinin istefa verməsi bu ölkədəki etirazçılar üçün yetərli olmayıb. Bu üzdən, dünən gecə bir daha on beş min nəfər Tiflisdə, Gürcüstan parlamentinin önündə aksiya keçirib. Etirazçılar bu dəfə daxili işlər nazirinin istefasını tələb edirlər.
Bütün bu etirazlar bir rus nümayəndənin Gürcüstan parlamentində iştirakından sonra başlanıbdır. Dünəngecəki aksiya günün sonlarında və hökumət müxaliflərinin çağırışı ilə başlanıbdır. Müxaliflərin nöqteyi-nəzərincə, cüməaxşamıgünkü zorakılıqlardan sonra Gürcüstan parlamenti sədrinin istefa verməsi yetməz.
“Avropa Gürcüstanı” partiyasından olan Giqa Bukeriya deyir ki, parlament sədri istefa verdi, indi cüməaxşamıgünkü zorakılıqlarda məsuliyyət daşıyan daxili işlər naziri istefa verməlidir. Ondan sonra biz siyasi problemlərlə məşğul olmalı, seçki sistemini dəyişməli və qüdrətin mütləq olmaması üçün bir tənasüb yaratmalıyıq.
Bəzi etirazçılar cümə axşamı günü yaralanmış 160 etirazçıya dəstək olaraq, özlərinə sarğı bağlamışdılar.
Rus nümayəndə Sergey Qavrilovun cümə axşamı günü Gürcüstan parlamentində olması etirazçıların hiddətinə səbəb olmuşdu. Etirazçılar bu hərəkəti təhrikedici hesab ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button