ArxivIslamXəbər lentiXəbərlər

Aşuradan öncə Məhərrəmin 8-də baş verən hadisələr

Həmin gün Ömər Sədlə İmam Hüseyn (s) arasında da görüş baş tutdu.
İslaminSesi – Məhərrəm ayının 8-də İmam Hüseynin karvanında susuzluq baş alıb gedirdi. Artıq onlar 2 gün idi ki sudan məhrum idilər. Fəratın su qolları iki gün idi ki bağlı qalmışdı.

Bu gündə Yəzid ibni Həsin Həmədani İmam Hüseynin yanına gəldi və su almaq üçün Ömər Sədin yanına getmək əzmində olduğunu bildirdi.
İmam buna etiraz etmədi.

Həmədani Ömər Sədin xeyməsinə daxil olanda salam vermədi. Ömər Sədi bunun səbəbini soruşanda Həmədani “Sən necə müsəlmansan ki aralarında uşaqlar və qadınlar olan bir karvana suyu belə qıymırsan, sənə salam düşürmü?!” dedi.

Ömər Səd isə buna məcbur qaldığını, Rey hakimiyyətinə çatmaq üçün Hüseynin aradan götürülməsinin vacib olduğunu önə çəkdi.

Həmin gün Ömər Sədlə İmam Hüseyn arasında da görüş baş tutdu. Əmr ibni Qərtana Ənsari adlı bir kişi İmam Hüseyn tərəfindən Ömər Sədin yanına getdi. Görüş təyin edildi. Tərəflər karvanla ordunun arasında orta bir məkanda görüşdülər.

İmam Hüseyn Ömər Sədi çox moizə etdi. Özünün kim olduğunu ona xatırlatdı. Amma Ömər Səd ortada onun və ailəsinin canı olduğunu həm də Rey hakimiyyətinin olduğunu dilə gətirdi.

Sonda İmam Hüseyn möizənin təcavüzkara və günahkara fayda verməyəcəyini görüb, ayağa qalxıb dedi:

“Allaha and olsun bilirəm ki İraqın buğdasından çox az miqdarda yeyib sonra öləcəksən”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button