ArxivmədəniyyatQarabağŞəkil​SosialXəbər lentiXəbərlər

Yerevan mağazalarını zəbt edən Türk markalarının SİYAHISI – FOTO

 

Məlum olduğu kimi, Türkiyə 1993-cü ilin aprelində Kəlbəcərin işğalına etiraz əlaməti olaraq Ermənistanla sərhədlərini bağlayaraq bu ölkə ilə bütün əlaqələrə son qoyduğunu rəsmi şəkildə bəyan edib. Yeniavaz.com xəbər verir ki, Türkiyə rəsmiləri, o cümlədən də qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi Ermənistanla heç bir siyasi və iqtisadi əlaqələr qurulmayacaq. Lakin, mətbuatda, sosial şəbəkələrdə və o cümlədən də iki ölkəyə məxsus şirkətlərin rəsmi veb-səhifələrində yer alan məlumatlardan belə görünür ki, rəsmi şəxslərin verdikləri açıqlamalara baxmayaraq Ermənistan və Türkiyə arasında iqtisadi sahədə olduqca geniş əlaqələr mövcuddur.

Hətta bu əlaqələr bəzən Ermənistan sərhədlərini belə aşaraq işğal altında olan Azərbaycan ərazilərinə – Dağlıq Qarabağa qədər gəlib çıxır. Xatırlayırsınızsa bir-neçə il əvvəl Türkiyəyə məxsus “Beko” markasının (Koç Holdinq) Xankəndində satıldığı barədə məlumatlar yayılmışdı. O zaman məsələyə münasibət bildirən şirkət rəhbərləri və Türkiyənin ölkəmizdəki səfirliyi bəyan etmişdi ki, Xankəndində satılan “Beko” məhsullarından xəbərsizdilər. Qeyd edirdilər ki, bu məhsullar Ermənistana Gürcüstan üzərindən aparılır. Məlumat üçün bildirək ki, Türkiyə tərəfindən fərqli olaraq həm o zaman, həm də indi özünü “Beko”nun Ermənistan təmsilçisi adlandıran ED-SPO şirkəti “Beko” məhsullarını Gürcüstandan deyil, Türkiyədən aldıqlarını bəyan edib. Hazırda aktiv fəaliyyət göstərən “beko.am” veb-səhifəsinə daxil olsanız görərsiniz ki, orada açıq şəkildə yazılıb ki, ED-SPO şirkəti “Beko”, “Grundiq”, “Blomberg”, “İstiqbal”, “Libro” kimi markaların rəsmi və eksklüziv distribyutorudur (http://beko.am/ru/page/mer-masin). Elə həmin məlumatda qeyd olunur ki, bu şirkətin təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da mağazalar şəbəkəsi mövcuddur. “Beko” markasının Ermənistanda nə qədər populyar olduğunu bilmək üçün bu ölkədə çəkilən reklam roliklərin baxmaq kifayət edər (https://www.youtube.com/channel/UCEVHhVVgiOhWfKOaY9lnU0g).

“Beko”dan fərqli olaraq Ermənistanda fəaliyyət göstərdiyini gizlətməyən daha bir tanınmış Türkiyə markası isə LC WAIKIKI-dir. Azərbaycanda da geniş satış şəbəkəsinə malik olan LC WAIKIKI-nin hazırda Ermənistanın paytaxtı Yerevanda 3 satış mərkəzinin olduğu bildirilir. Bu barədə LC WAIKIKI-nin rəsmi veb-səhifəsində də məlumat var (http://corporate.lcwaikiki.com/magazalar). Məlumatda göstərilir ki, Yerevanın “Dalma Mall”, “Metronome Shopping Center” və “Rossia Mall” ticarət mərkəzlərində LC WAIKIKI-nin satış mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, internet resurslarda həmin mağazaların çoxlu sayda foto-görüntüləri mövcuddur.

Ermənliərə məxsus sosial şəbəkələrdəki şəxsi və korporativ səhifələrdə Türkiyəyə məxsus markaların satışı ilə baölı onlarla elana, paylaşımlara rast gəlmək mümkündür. Məsələn, Kargin Shinanyut adlı bir erməni bu ilin sentyabr ayında paylaşdığı bir reklamda qeyd edir ki, o BETEK məhsullarının satışını həyata keçirir.

Bu cür elanlara sosial şəbəkələrdətez-tez rast gəlmək mümkündür. Yerevan mağazalarında Türkiyəyə məxsus markaların həddindən artıq çox olması ermənilərin özlərini də narahat etməyə başlayıb. Ermənistanda tanınmış bloggerlərdən olan Aida Qriqoryan Yerevan maöazalarında satılan Türkiyəyə məxsus markların siyahısını hazırlayıb. Onların arasında “Vestel”, “Fax”, “Duru”, “Arko”, “Molped”, ” Bingo”, ” Molfix”, ” Papia”, ABC, “Alfa” və s. kimi tanınmış markalar yer alır.

Qeyd edək ki, LC WAIKIKI markası istisna olmaqla digər markalar, o cümlədən də Türkiyə rəsmiləri Ermənistanla əlaqələrini ciddi-cəhdlə inkar etməyə çalışsalarda BMT tərəfindən təsis olunan və dünyanın ən böyük maliyyə qurumlarından olan Dünya Bankının açıqladığı məlumatlar göstərir ki, Türkiyə və Ermənistan arasında ticarət əlaqələri mövcuddur. Dünya Bankının xarici ticarətlə bağlı təsis etdiyi məlumat bazasında – “wits.worldbank.org” (The World Integrated Trade Solution – WITS) göstərilir ki, ötən il Türkiyədən Ermənistana 168,9 milyon dollar dəyərində məhsul ixrac olunub, əvəzində Ermənistandan 525,7 min dollarlıq məhsul idxal edilib. Son 10 il ərzində həyata keçirilən ticarət dövriyyəsinə baxdığımız zaman belə görünür ki, Türkiyə 2007-2016-cı illər ərzində Ermənistana 2 milyard dollara yaxın məhsul ixrac edib. Bu illər ərzində Ermənistandan Türkiyəyə 6 milyon dollarlıq məhsul ixrac olunub.

Onu da bildirək ki, iki ölkə arasındakı qarşılıqlı gediş-gəlişlərin intensivliyi də onu deməyə əsas verir ki, Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələri mövcuddur və sadəcə olaraq bunu inkar etmək yolunu tutublar.

Türkiyənin “Atlasglobal” şirkəti qardaş ölkənin müxtəlif şəhərlərindən Ermənistana (İrəvana) mütəmadi uşuşlar təşkil edir və bu barədə məlumatı şirkətin rəsmi veb-saytındən açıq şəkildə görmək olar (bax: https://online.atlasglb.com/AtlasOnline/availability.kk.). Eyni zamanda iki ölkə arasındakı əlaqə təkcə hava nəqliyyatı vasitəsi ilə təmin olunmur. Ermənistandan Türkiyəyə və eyni zamanda da əks istiqamətdə mütəmadi olaraq avtobus səfərləri də təşkil olunur. Bu işlə təxminın 4 Türkiyə, 19 Ermənistan şirkətinin məşğul olduğu barədə mətbuatda və həmin şirkətlərin rəsmi veb-saytlarında (bax: http://fairytour.am/ru-n396-erevan-stambul-erevan.html ) kifayət qədər məlumatlar mövcuddur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button