ArxivIslamSosialXəbər lentiXəbərlər

Yaşı 65-i ötən inanclı siyasi məhbuslar niyə əfv edilmədilər?

Eldəniz Quliyev:”O qədər siyasi məhbus var ki, azadlığı haqq edir”

 

Ölkə başçısı İlham Əliyev koronavirus pandemiyasının yayılması ilə əlaqədar aprel ayının 6-da əfv sərəncamı imzaladı. Sərəncamla yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. Bu dəfə əfv olunanlar siyahısında “MTN” işinə görə həbs edilən və 12 il azadlıqdan məhrum olunan Akif Çovdarov və Sübahir Qurbanovun adı yer aldı. Lakin təəssüflər olsun ki, bu dəfə də inanclı siyasi məhbusların böyük əksəriyyəti əfv edilmədi. Yalnız iki inanclı siyasi məhbusun adı əfvə düşdü. Yaşı 65 –i ötmüş digər siyasi məhbuslar isə yenə də həbsdə qaldılar.

Mövzunu Rakurs.tv-yə şərh edən İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri, Eldəniz Quliyev bildirib ki, ümid sonda ölür. Təəssüflər olsun ki, ümidimizi bilərəkdən öldürməyə çalışırlar:”Həm inanclı, həm də qeyri – inanclı, lakin yaşı 65 – i ötmüş kifayət qədər insanlarımız məhbəs həyatı yaşayır. Onlar azadlığı haqq edirlər. Əfv etmək bir xeyirxahlıq və yaxşılıqdır. Amma bu yaxşılığı ehtiyacı olan insanlara etmək lazımdır. Çox böyük günahları olan keçmiş MTN zabitlərinin azadlığa buraxılması anlaşılan olmasa da, biz bunu müzakirə etmirik. Lakin o qədər siyasi məhbus var ki, azadlığı haqq edir. Ən azından tərəzinin hər iki gözü neytrallaşdırılmalı idi”.

 

Eldəniz Quliyevin sözlərinə görə, Azərbaycanda siyasi arxitektura elə vəziyyətdədir ki, özündə avtoritarizmi ehtiva edir:” Bunun mahiyyətində bəzi diktator elementləri də mövcuddur. Bunların yürütdüyü siyasətə ləbbeyk deməyənlər, yaltaqlıq etməyənlər hakimiyyətin standartları ilə uzlaşmır. Ona görə də, bu insanlardan acıq çıxmaq və qisas almaq üçün belə addım atırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button