ArxivIslamXəbər lentiXəbərlər

100-ə yaxın şagird Quran dərslərini başa vurub – FOTO

Xəbər verdiyimiz kimi hər il Rusiyanın Dərbənd Came məscidində İslami Maarifi və Quran dərsləri təşkil olunur.

Maide.Az xəbər verir ki, cari ilin yay ayında yeniyetmə uşaqlar üçün təşkil olunan Quran dərslərini başa çatdıran şagirdlər üçün Dərbəndin Came məscidində təntənəli mərasim keçirilib. Mərasimdə Dərbəndin tanınmış ruhaniləri və ustadlar iştirak edib.

Dərbənd Came məscidinin ruhanisi Hacı Eldar İbrahimov Maide.Az-a açıqlamasında bildirib ki, Quran dərslərində iştirak edən 100-ə yaxın şagirdə Rus dilində tərcümə olunmuş Qurani – Kərim və kursu bitirdiklərinə dair sertifikatlar təqdim olunub.

E. İbrahimov əlavə edib ki, ümumilikdə Dərbənd Came məscidində Quran dərsləri ilə yanaşı, digər İslami Maarifi dərsləri (Əhkam və Əqaidin əsasları kimi dərslər) təşkil olunur. Bu dərslərdə hər təqribən 100-ə yaxın yeniyetmə şagird iştirak edir.

 
 
 
 
 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button