ArxivIslamXəbər lentiXəbərlər

Elşən Xəzərdən “Fatimeyi Zəhra” məscidi haqqında yeni şeir: Məscidin həm içi, həm də çölü…

Tanınmış Əhlibeyt məddahı Hacı Elşən Xəzər “Fatimeyi Zəhra” məscidi haqqında yeni şeir yazıb

İslamazeri.az həmin şeiri təqdim edir:

Şüəra, həqqi desəz çox, buna mö’tad eləyərsiz
Ucalıb ad eləyərsiz
Bə’zi əsrari Xudaya dili miqlad eləyərsiz
Sözü işhad eləyərsiz
Gecə yarı, yenə təb’im oyanıb yandı alışdı
Dil açıb sanki danışdı
Məni dilləndirə təb’im səy edib xeyli çalışdı
Bir-iki söz də soruşdu
Dedi kimdən nə yazırsan, de görüm bəlkə tanışdı
Əsəbindən hələ coşdu
Bu Xanım Fatimədəndir dedim, irad eliyersiz?
Ya ki imdad eləyərsiz?
Dedi: Gəl mən sənə bir babi müəmmanı açım, yaz
Sözü irfani açım yaz
Hünərin var? Sənə hikmət dolu dəryanı açım, yaz
Dəri rizvanı açım, yaz
Sənə günbəzsiz olan məscidi Zehranı açım, yaz
Qəmi Tahanı açım, yaz
Aradan getsə o məscid bir ömür dad eliyersiz
Bəli, feryad eliyersiz
O məscid guşeyi cənnət yer üzündə gərək olsun
Ona hərdəm kömək olsun
Məscid inşa edilib dörd tərəfi gül çiçək olsun
Yəni baği Fədək olsun
Xanımın ismi şərifi o məkançün bəzək olsun
Sizə arxa dirək olsun
Ne zaman ki xanımın məscidin abad eliyersiz
Xanımı şad eliyersiz
Kor olan gözləri i’man getirənlər belə söksün
Suda ki, lil dibə çöksün
Hərə məscid həyətində bir ağac şaxəsi əksin
Dibinə göz yaşı töksün
Sora illərlə onun zəhmətini tək özü çəksin
Əməlin ixlasa büksün
Bele olduqda xeyir işləri muzdad eləyərsiz
Əsir azad eliyersiz
Bu əsirlikdə ki məscid çoxunu etdi müsəlman
Yəni ki, sahibi i’man
O müsəlmanlara Zəhra xanımın qəbridir pünhan
O qərib qəbrine qurban
Bura gəldikdə ziyaret edirəm mən, səni hər an
Bu olur dərdimə dərman
Bunu siz də bilirəm qəlbidə i’cad eləyərsiz
Kini ib’ad eləyərsiz
Məscidin həm içi, həm də çölü möminlərə vacib
Eləyin pis günə tərtib
Qoruyan səngəri İslami, edən düşməni təkzib
Alacaq əcrini teyyib
Ona əhsən deyər Elşən, Əli ibni Əbu Talib
Olacaq düşmənə qalib
Əkilen şaxeni i’manilə şümşad eləyərsiz
Məni irşad eləyərsiz

Hacı Elşən Xəzər

Bəzi ərəb və fars sözlərinin mə’nası
1-Şüəra (Şairlər)
2-Mö’tad (Adət)
3-Əsrar (Gizli)
4-Miqlad (Açar)
5-İşhad ( Şahid gətirmək)
6-Bab (Qapı)
7-Müəmma (Anlaşılmaz sirr)
8- Dər (Qapı)
9-Muzdad ( çoxaltma, artırma)
10-İb’ad (Uzaqlaşdırma)
11-Tərtib (Tədarük, hazırlıq)
12-Teyyib (Gözəl)
13-Şümşad (Həmişə yaşıl ağac)
14- İrşad (Düz yola həvəsləndirmə)

Qeyd: Hacı Elşən Xəzər yeni şeirini dünən sosial şəbəkə profilində paylaşıb…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button