Xəbərlər

ABŞ diplomatının azərbaycan hakimiyyətinə mesajı

Daniel Baer verdiyi açıqlma ilə həm Azərbaycan hakimiyyətinə həm də ATƏT-ə Xədicə İsmayılovanın məsələsini diqqətdə saxlamağı göstərdi.

Bu gün yerli mətbuatda ABŞ-ın ATƏT-dəki yeni səfiri Daniel Baerin müsahibəsi yayılıb, verdiyi açıqlamada amerikalı diplomatın Azərbaycanda keçiriləcək prezident seçkisi zamanı ölkədəki vəziyyəti dəyərləndirməsi mediayaya hakimiyyətin basqısı kontekstində izah olunub.

Bu son iki gündə artıq ikinci ABŞ diplomatıdır ki, Azərbaycanda hakimiyyətin mətbuata basqısından bəhs edir, hər iki diplomat – Tomas Melia və Daniel Baer Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı hakimiyyətin şantaj kampaniyasına münasibət biliriblər. Danil Baerin fikrincə Azadlıq radiosu və onun əməkdaşı Xədicə İsmayılovaya qarşı təzyiq, hakimiyyətin keçirdiyi seçkiləri belə şübhə altına ata bilər.

ABŞ diplomatı qeyd edib ki, kimin qalib gəlməsindən aslı olmayaraq seçkinin necə keçirilməsi haqqında düşünərkən ilk sual o olacaq ki, bu prosesdə mətbuatın müstəqilliyi, azadlığı nə dərəcədə hakimiyyət tərəfindən təsirə məruz qalmayıb. Seçki zamanı Xədicə İsmayılovanın jurnalist araşıdırmalarına prezidentliyə namizədlərin istinad etməsi hakimiyyətin qəzəbləndirməsini anlamayan diplomat ATƏT təmsilçiləridən də Azərbaycanda seçkidən sonra hakimiyyətə ünvanlayacaq sualı müəyyən edib, bu da müstəqil mətbuatın seçki proseslərini nə dərəcədə azad işıqlandırması ilə bağlıdır. Daniel Baer verdiyi açıqlma ilə həm Azərbaycan hakimiyyətinə həm də ATƏT-ə Xədicə İsmayılovanın məsələsini diqqətdə saxlamağı göstərdi.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button