ArxivQarabağXəbər lentiXəbərlər

Xətibzadə “Anadolu”-ya qalmaqallı foto ilə bağlı xəbərdarlıq edib

Bu gün Xarici İşlər Nazirliyinin mətbuat katibinin keçirdiyi mətbuat konfransında “Anadolu” Xəbər Agentliyinin müxbiri Azərbaycan Respublikası prezidentinin İranla sərhəd məntəqələrə səfəri zamanı film və şəkil çəkilməsi və bunun Sepah əsgəri tərəfindən edilməsi şayiələri barədə sual soruşub.
Qafqaz Həqiqətləri xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Türkiyənin Anadolu xəbər agentliyindən şayiə yaymaqla məşğul olmamalarını istəyib.
Beş gün bundan əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və həyat yoldaşının İran sərhədində Xudafərin körpüsünü ziyarət etməsi ilə bağlı bir sıra fotoların yayılması qalmaqal yaratdı.
İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva hərbi geyimdə Qarabağ müharibəsində işğalından azad edilmiş əraziləri ziyarət etdilər. Mehriban Əliyeva bu səfərlə bağlı görüntüləri öz İnstagram səhifəsində paylaşdı. Onların arasında İranla sərhəddə yerləşən tarixi Xudafərin körpüsünün ziyarətinə aid görüntülər də var idi.
Bu foto və filmlərin yayılmasından bir neçə saat sonra İranda bir sıra qeyri-rəsmi Telegram kanallarında Prezident Əliyev və onun həyat yoldaşının İranla sərhəddə (Xudafərin körpüsündə) nişana alınması ilə bağlı foto yayıldı.
Bu fotoda Əliyev və həyat yoldaşının İran sərhədçiləri tərəfindən snayper obyektivi ilə nişana alındığı görünür və iddia edilir ki, Azərbaycan Respublikası Prezidenti bu səfərdə İran sərhəd snayperçilərinin hədəfində olub.
Bu foto ildırım sürətilə Türkiyə və Rusiya medialarında yayılmağa başladı və sosial şəbəkələrdə geniş müzakirərlə səbəb oldu.
Anadolu xəbər agentliyi də bu fotonu paylaşaraq yazdı: “İslam İnqilabı Keşikçilərinə (SEPAH) yaxın istifadəçi hesabları əlaqəli formada İlham Əliyevin səfərinə aid fotoları paylaşaraq: “Azərbaycan Respublikası Prezidenti İran snayperçilərinin hədəfində” yazıblar.
Azərbaycan Prezidenti Tehrana dostluq ismarışı verdiyi halda İran tərəfindən çoxlarını heyrətləndirən fotolar yayılır.”
Anadolu əlavə edir: “Hətta bəzi istifadəçi hesabları bu hərəkəti alqışlayaraq yazıb ki, Azərbaycan Respublikası Prezidenti İran hərbi qüvvələrinin tam nəzarəti altında olub və onun bütün hərəkətini qeyd ediblər.”
Həmin gün Xudafərin şəhərinin fərmandarı bu fotoya münasibət bildirərək yayılmış fotonun adi bir şəxs tərəfindən çəkilərək yayıldığını dedi.
Bununla belə, bu gün Xarici İşlər Nazirliyinin mətbuat katibinin keçirdiyi mətbuat konfransında “Anadolu” Xəbər Agentliyinin müxbiri Azərbaycan Respublikası Prezidentinin İranla sərhəd məntəqələrə səfəri zamanı film və şəkil çəkilməsi və bunun Sepah əsgəri tərəfindən edilməsi şayiələri barədə sual soruşub.
XİN-nin mətbuat katibi Səid Xətibzadə deyib: “Mən bu şayiələri ilk dəfə “Anadolu”-da gördüm. Sən Anadolu əməkdaşısan və bu şayiə ilə bağlı cavab verməlisən ki, bu şayiəni hansı mənbədən almısınız?”
Xətibzadə daha sonra deyib: “Azərbaycan Respublikası Prezidenti bizim yaxın dostlarımızdandır və ünvanladığınız sual qərəzlidir. Mən belə bir şayiələrin yayılmasına görə təəssüflənirəm. Sizdən istəyirəm ki, belə şayiələr yaymaqdan əl çəkəsiniz. Türkiyənin İran və Azərbaycanla münasibətləri qarşılıqlı hörmətə əsaslanır, icazə verin bu münasibətlər davam etsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button