AktualAktualArxivIslamTarixXəbər lentiXəbərlər

Vəliyyi-fəqihin nümayəndəsi: İran dövləti və xalqı Qarabağı Azərbaycan ərazisi kimi tanıyır

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi bu həftənin cümə namazı xütbələrində deyib: “İran İslam Respublikası keçmişdə olduğu kimi işğal edilmiş torpaqları qaytarmaq üçün Azərbaycan Respublikası dövləti və xalqına hərtərəfli dəstək verəcək.”
Qafqaz Mədəniyyət Mərkəzi – Həzrət Ayətullah Amili bu həftənin cümə namazı xütbələrində deyib: “Qarabağ Azərbaycan Respublikasının torpağıdır. Ölkəmizin rəsmiləri və dövləti rəsmi olaraq dəfələrlə bunu bildiriblər. Ölkədə hər iranlı və azəri bilir ki, Qarabağ və Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib.”
Ərdəbil əyalətinin Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi əlavə edib: “İran ötən bir neçə onillikdə həm hərbi, həm də digər sahələrdə Azərbaycanı himayət etmişdir. Bu geniş və müstəsna himayət davam etməkdədir. Azərbaycan əhalisinin Naxçıvana İran ərazisindən gediş-gəlişi bunun bir nümunəsidir. İranın bu siyasətini heç bir səfər və heç bir əlaqə dəyişə bilməz.
Bu siyasət üzərində təkid edirik və öz dəstəyimizi davam etdirəcəyik. Hətta, Lənkərandan sionist rejimin kəşfiyyat təyyarəsi casusluq məqsədilə İran səmasında uçsa da.”
Vəliyyi-fəqihin nümayəndəsi daha sonra deyib: “Diqqət etmək lazımdır ki, Tehranın mərkəzində Xocalı soyqırımı ilə bağlı möhtəşəm sərgi təşkil edilirsə, Ermənistanın Xocalıdakı cinayətləri pislənilirsə və xarici ölkələrin yüzlərlə nümayəndəsi bu sərgiyə baxış keçirirsə, bunlar Azərbaycan Respublikası xalqına dəstək və işğalçı rejimi qəsbkar adlandırmaq istiqamətində baş tutur.”
İmam cümə əlavə edib: “Cari il və ötən illərdə İranın Tehran, Zəncan, Ərdəbil, Təbriz və digər şəhərlərində Qarabağla bağlı bir sıra konfrans, seminar və tədbirlər keçirilib. Bu dəstək bizim əsas siyasətimizdir. Əgər bu siyasət dəyişsə, əmin olun ki, biz yenə sizin yanınızda etirazçılardan olacağıq.”
Həzrət Ayətullah Amili sonda deyib: “İnşallah, tezliklə Qarabağda cümə namazı qılacağıq və Qarabağı işğalçılardan təmizləməklə, qələbə bayramı keçirəcəyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button