Islam

Vəhy evinə yürüş Əfsanə, yoxsa həqiqət?

Son zamanlar Sistan-Bəluçistan əyalətində islam tarixindən kifayət qədər məlumatı olmayan bir şəxs Peyğəmbəri-əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı barəsində “Fatimeyi-Zəhranın şəhadət əfsanəsi” adlı bir məqalə yazmışdır. O, həzrət Fatimənin (əleyha-salam) fəzilət və üstünlüklərini zikr etdikdən sonra ona qarşı göstərilən hörmətsizliyi və onun şəhadətini inkar etmişdir. Digərləri də öz çıxışlarında bu məsələni vurğulamışlar. Məqalədə islamın aydın və inkar olunmaz tarixi təhrif olunduğundan biz bu təhrifin bəzi guşələrini aydınlaşdırmaq, bu həqiqətləri bir qədər bəyan etmək məcburiyyətində qalmışıq ki, islamın böyük xanımı həzrət Fatimeyi-Zəhranın (əleyha salam) şəhadətinin tarixdə inkar olunmaz bir həqiqət olması hamıya məlum olsun. Əgər onlar belə bir bəhsi başlamasaydılar, biz də hazırkı şəraitdə onu irəli çəkməzdik. Bu yazıda aşağıdakı məsələləri aydınlaşdırırıq:
1. Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərində;
2. Quran və hədislərdə həzrət Fatimənin (əleyha salam) evinin hörməti;
3. Həzrətin evinə hörmətsizlik.
Ümidvarıq ki, qeyd olunan bu üç məsələni ətraflı şərh edəndən sonra məqalənin müəllifi həqiqətə tabe olub öz yazdıqlarından peşman olacaq, nəticədə öz səhvlərini düzəltmək qərarına gələcəkdir. Diqqət etmək lazımdır ki, qarşınızdakı yazı bütünlükdə əhli-sünnətin ən məşhur və ən mötəbər mənbələrinə istinadən qələmə alınmışdır.
1. Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərində
Həzrət Fatimə çox yüksək məqama malik idi. Peyğəmbərin öz qızı haqqında söylədikləri onun hər növ günahlardan, zahiri və batini aludəlikdən pak-pakizə olduğundan hekayət edir. Həzrət onun barəsində buyurmuşdur:
فٰاطِمَةُ بَضْعَةٌ مِنّی فَمَنْ أَغْضَبَهٰا أَغْضَبَنی
“Fatimə mənim canımın parçasıdır; hər kəs onu (narahat edib) qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”(1)
Məlum məsələdir ki, peyğəmbəri-əkrəmin (səlləllahu əleyhi və alih) qəzəblənməsi onun ruhən inciməsinə, narahat olmasına səbəb olur. Qurani-kərimdə o həzrəti narahat edən bir şəxsin cəzası aşağıdakı formada bəyan edilir:
وَالَّذِینَ یُؤْذُونَ رَسُولَ اللهِ لَهُمْ عَذَابٌ أَلِیمٌ
“Allahın Peyğəmbərini incidənləri ağır əzab gözləyir.”(2)
Həzrət Fatimənin ismət və yüksək fəzilətinə bundan da möhkəm və tutarlı dəlil olarmı ki, Peyğəmbərin başqa bir bəyanında Fatimənin razılığı Allahın razılığı, onun qəzəbi Allahın qəzəbi kimi təqdim olunur:
یٰا فٰاطِمَةُ إِنَّ اللهَ یَغْضِبُ لِغَضَبِکِ وَ یَرْضٰى لِرِضٰاکِ
“Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, razılığınla razı olur.”(3)
Məhz belə yüksək məqama malik olduğuna görə dünya qadınlarının xanımıdır. Peyğəmbər onun barəsində belə buyurmuşdur:
یٰا فٰاطِمَةُ! أَلا تَرْضینَ أنْ تَکُونَ سَیِّدَةَ نِسٰاءِ الْعٰالَمینَ، وَ سَیِّدَةَ نِسٰاءِ هٰذِهِ الاُمَّةِ وَ سَیِّدَةَ نِسٰاءِ الْمُوْمِنینَ
“Qızım, Fatimə! Allahın sənə bəxş etdiyi bu kəramət və əzizliklə razı olmazsanmı ki, sən dünya qadınlarının, bu ümmətin qadınlarının və bütün imanlı qadınların xanımısan!.”(4)
2. Quran və hədislərdə həzrət Fatimənin (əleyha salam) evinin hörməti
Hədis alimləri qeyd edirlər ki,فِى بُیُوتٍ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَیُذْکَرَ فِیهَا اسْمُهُ–ayəsi (5) nazil olanda Peyğəmbər onu məsciddə tilavət etdi. Bu zaman bir nəfər ayağa qalxaraq:
– Ey Allahın Rəsulu! Belə bir əhəmiyyətə malik evlər dedikdə hansı evlər nəzərdə tutulur?–deyə soruşdu.
Həzrət :
– Peyğəmbərlərin evləri,–deyə cavab verdi.
Əbubəkr ayağa qalxıb Əli və Fatimənin evinə işarə edərək:
– Bu ev də həmin evlərdəndirmi?–deyə soruşdu.
Peyğəmbər cavabında buyurdu: – Bəli, onların içində ən seçilənlərdəndir! (6)
Həzrət Fatimənın (əleyha salam) evinə qarşı hörmətsizlik.
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) doqquz ay müddətində öz qızının qapısına gəlir, ona və əziz həyat yoldaşına salam verir, (7) sonra isə bu ayəni tilavət edirdi:
إِنَّمَا یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیراً
“Allah istəyir ki, siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak pakizə qərar versin.”(8)
Bu ev ilahi nurun mərkəzidir, Allah onu uca tutmağa əmr edib. O çox yüksək məqama malikdir.
Bəli! “Əshabi-kisa”nı özündə yerləşdirən, Allah tərəfindən belə bir yüksək əzəmətlə yad edilən bu evə bütün müsəlmanlar ehtiramla yanaşmalı idi!
İndi isə nəzər salaq, peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra bu evin ehtiramını necə saxladılar?! O evin hörmətini necə tapdaladılar?! Özləri də buna aşkar şəkildə necə etiraf etdilər?! Evin hörmətini pozanlar kimlər idi? Onların məqsədləri nə idi?/Ehlibeyt-AkA.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button