ArxivFilm​IslamQadin və hicabSosialXəbər lentiXəbərlər

“Uşağım soruşur ki, ana, bəs bizə kim yemək alıb gətirəcək?”

Xədicə Qurbanova: “”Elə olur ki, adi şirin çayla uşağımın qarnını doyuzdururam”

“Ev kirayəsi, borc… Bir dənə çörək almağa belə imkanımız yoxdur. Uşaqlarımı heç cür dolandıra bilmirəm. Elə olur ki, adi şirin çayla uşağımın qarnını doyuzdururam”.

Bu sözləri 2 uşağı ilə imkansızlıq və şəraitsizlik içində yaşayan Xədicə Qurbanova deyir.

Qadın deyir ki, karantin rejimi ilə bağlı 190 manatlıq yardımı ilk ay ala bilib. Sonra isə qeydiyyatda olduğu Ağstafa rayonunun karantin rejimində olmadığını əsas gətirərək, verməyiblər.

“Qonşu nəsə alıb gətirəndə, oğlum deyir ki, ana, bəs bizə kim yemək alıb gətirəcək? Mən də istəyirəm. Bu, mənə pis təsir edir”, – Xədicə Qurbanova deyir.

Onun sözlərinə görə, oğlunun 6 yaşı var, amma imkansızlıqdan onu məktəbə yazdıra bilmir.

Yaşadığı mənzil nəmişlikdir, siçovullar var. Dediyinə görə, hətta evin kirayəsini də ödəyə bilmir:

“Gecələr oyanıb tez-tez yoxlayıram ki, birdən siçovul uşağa nəsə edər, qorxuram”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button