Xəbərlər

Su pulu da qalxdı

Neftin qiyməti qalxandan kommunal və qeyri-xidmətlərin də bahalaşacağı gözlənilirdi.

Yeni ilin ilk günündən gözlədiyimiz bahalaşma bizi qarşıladı. “Qafqazinfo” xəbər verir ki, bu gün interpress.az-ın Nəsimi rayonunda yaşayan əməkdaşı ilk bahalaşmanın “nübarını dadıb”. Həmişəki kimi su üçün karta pul yükləyən əməkdaşımıza bu dəfə suyun kubunu indiyə qədər olduğu qiymətə-30 qəpiyə deyil, 36 qəpiyə satıblar. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qaynar xəttinə 955-ə zəng vuran əməkaşımıza qurumdan bildiriblər ki, suyun qiyməti yeni ildən qaldırılıb. Azərsu ASC-nin mətbuat ximətinin rəhbəri Anar Cəbrayıllı saytımıza verdiyi açıqlamada isə su pulunun bahalaşmadığını bildirdi. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda da su pulunun qalxmadığı iddia edildi.

birlik.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button