ArxivXəbər lentiXəbərlər

Uorlik: İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır

“İki ölkə arasında qarşıdurmalar əvvəlki kimi mövcuddur”.

İşğal edilmiş ərazilər kompleks tənzimləmə çəçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik “Vedomsti” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Burada əsas olan bir elementin və ya bir tənzimləmə prinsipinin üzərində durmamaqdır. Ərazilər qaytarılmalıdır, amma başqa amillər də mövcuddur. Ona görə də biz hər zaman kompleks tənzimləmədən danışırıq – siz yalnız bir aspekti götürərək məhz onun tənzimləmə əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh yolu ilə həll etməni hərtərəfli nəzərdən keçirməliyik”, – diplomat deyib.

Onun sözlərinə görə, razılaşdırılan atəşkəsə tam olaraq riayət edilmir.

“Bu, bizdə narahatlıq yaradır. Amma Dağlıq Qarabağ münaqişəsinin dinc yol ilə həlli mümkündür”, – o deyib.

Azərbaycan tərəfindən iri silah partiyalarının alınmasından danışarkən, həmsədr hər iki tərəfin həm Ermənistanın, həm də Azərbaycanın öz təhlükəsizliyini təmin etmək haqqı olduğunu vurğulayıb, bununla əlaqədar biz onların niyə silaha ehtiyacları olduğunu və müxtəlif mənbələrdən silah aldıqlarını anlayırıq.

“Eyni zamanda, narahatçılıq, əsasən də təmas xəttində, eləcə də Azərbaycan-erməni sərhəddində silahlanmanı gücləndirir.

Bizi, eləcə də hərbi tarazlıq məsələsi narahat edir. İki ölkə arasında qarşıdurmalar əvvəlki kimi mövcuddur. Ona görə də biz, hərbi qüvvə nisbətində üstünlüyün bu və ya digər ölkə tərəfindən istifadə edilməsinə səbəb olmasını istəmirik”, – Uorlik qeyd edib.

Uorlik qeyd edib ki, münaqişənin həlli elementləri beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsinin daxil olduğu təhlükəsizlik qarantları olmalıdır.

“Əgər və ya ərazilər qaytarılanda, o zaman beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq ki, Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunsun”, – o deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button