ArxivXəbər lentiXəbərlər

UNICEF rəsmisi şagirdin intihar etməsi ilə bağlı açıqlama verib

“On dörd yaşlı Elinanın ötən həftəsonu boyunca çox sayda insanların emosiyalarını tarıma çəkən faciəvi taleyi bizə xatırladır ki, mənim rəhbərlik etdiyim təşkilat da daxil olmaqla, biz hamımız həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməliyik”.
Bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard özünün sosial şəbəkədəki hesabında yazıb.
“Biz bu spesifik faciənin əsasında dayanan səbəblər barədə fərziyyələr yürütməməliyik, bununla belə risk altında ola biləcək hər bir uşağı qorumaq üçün ata biləcəyimiz addımlar var. Bura yaxşı təlim keçmiş uşaq məsləhətçilərinə, uşaq psixoloqlarına və sosial işçilərə investisiyaların artırılması və eyni dərəcədə əhəmiyyətli olan – risk altında olan uşaq və ailələrin ehtiyac duyduqları peşəkar xidmətlərlə və dəstəklə əlaqəsinin yaradılmasına imkan verən yönləndirmə və keyslərin idarə edilməsi sistemlərinin gücləndirilməsi daxildir. UNİCEF-in Azərbaycan Nümayəndəliyi hazırda təkmilləşdirilmiş yönləndirmə sistemlərinə əlavə olaraq, yeni sosial işçi proqramları hazırlamaqda və onları Azərbaycanın bir neçə rayonunda sınaqdan keçirməkdədir. Lakin elə bu gün mən kollektivimizdən xahiş etdim ki, bunu Azərbaycandakı uşaqları müdafiə fəaliyyətimizin mütləq prioritetinə çevirsinlər. Qarşısı alına biləcək yeni-yeni faciələri gözə ala bilmərik”, – Edvard Karvard əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button