ArxivXəbər lentiXəbərlər

İƏT-ə üzv ölkələrin Parlamentlərarası Birliyi Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyi Xocalı faciəsini Azərbaycan xalqına qarşı soyqırımı olaraq rəsmən tanıyıb.

APA bildirir ki, bazar günü İƏT-ə üzv ölkələrin Parlamentlərarası Birliyinin 11-ci iclasında Xocalı faciəsinin rəsmən soyqırımı kimi tanınması barədə qətnamə qəbul edilib.

Bu qətnamə Xocalı faciəsinin 54 ölkə tərəfindən rəsmən soyqırımı olaraq tanınması deməkdir.

Ermənistan ordusu 26 fevral 1992-ci il tarixində Xocalıda sivil əhaliyə qarşı soyqırımı törədərək, 613 nəfəri qətlə yetirib, 1275 nəfəri əsir alıb. Bu hadisə nəticəsində 150 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button