ArxivXəbər lentiXəbərlər

Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib

“Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə bir çox ölkələrin rəsmiləri iştirak etsələr də, Avropanın özündən əsas ölkələrin başçıları qatılmayıblar.

APA-nın məlumatına görə, 17 gün davam edəcək Birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsinin 6 min idmançısı 20 idman növü üzrə 253 medal uğrunda yarışacaq.
Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2015” I Avropa Oyunlarını rəsmi şəkildə açıq elan edib.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev I Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçıları üçün təşkil olunmuş qonaqlıqda Azərbaycanda siyasi sabitliyin mövcud olduğunu qeyd edib: “Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artıb. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf edib və 3 dəfədən çox artıb. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər”- prezident Əliyev belə söyləyib.
Qeyd edək ki, rəsmi açılış mərasimində qonaq qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və bir çox digər ölkələrdən rəsmilər qatılıblar. Amma Avropanın aparıcı ölkələrindən yüksək səviyyəli rəsmilər “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasiminə dəvəti qəbul etməyib, mərasimə qatılmaqdan imtina ediblər.
Bakıda keçirilən Avropa Oyunları ərəfəsində bir çox Qərb təşkilatları tərəfindən boykot çağrışları oldu və Azərbaycanı insan haqları sahəsində tənqid atəşinə tutdular.
Azərbaycan rəsmiləri bu tənqidləri və boykot çağrışlarını qərəzli adlandırdılar.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyirlər.
Deputat Siyavuş Novruzov da vurğulayıb ki, Azərbaycana qarşı beynəlxalq aləmdə təbliğat kampaniyası aparılır və ona Almaniya rəhbərlik edir.
Azərbaycan Respublikasının daxilində isə müxalifət belə qənaətdədir ki, mövcud vəziyyət daha çox siyasi məhbus məsələsinin həll olunmamasına qayıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button