ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran və Türkiyə arasında su razılaşması imzalanıb

İran İslam Respublikası və Türkiyənin texniki nümayəndə heyətlərinin iştirakı ilə su müqaviləsi görüşü keçirilib.
Qafqaz.ir-nin məlumatına əsasən, İran və Türkiyə su hövzəsini bölüşür, İranda Araz çayı Türkiyədəki Qarasudan, İranın Zənzibar çayı isə Türkiyənin Sarısuyundan qaynaqlanır.
Son illərdə Türkiyənin su bəndləri inşa etmə siyasəti İran, İraq və Suriyaya ciddi ekoloji ziyan vurmaqla yanaşı, həm də bu ölkələrin kənd təsərrüfatı üçün açıq təhlükə hesab olunur.
İran və Türkiyənin xarici işlər nazirliklərinin nümayəndələrinin məsuliyyəti ilə və iki ölkənin bəzi su və sərhəd məsələlərində razılığa gələ bilməsi məqsədi ilə İran İslam Respublikası və Türkiyənin birgə görüşü üç gün müddətinə Qərbi Azərbaycan vilayətində Yüksəkova və Urmiyə şəhərlərində yerləşən Seru və Əsəndərə sərhəd terminalında keçirilib.
Daxili İşlər Nazirliyi, Energetika Nazirliyi, Silahlı Qüvvələrin Coğrafi Təşkilatı və İran Polis Qüvvələrinin Sərhəd Mühafizə Komandanlığı və digər əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bu iclasda Seru ərazisində müştərək sərhəd kanallarından suyun keçməsi üçün uyğun marşrutun yaradılmas Bərdərəş (Marmişo) sərhəd çayının yolunun dərinləşdirilməsi və möhkəmləndirilməsi, Marmişo gölünün qorunması kimi məsələlər və digər ümumi sərhəd məsələləri müzakirə edilib.
Bu görüşdə lazımi razılıqlar əldə edildikdən sonra iki nümayəndə heyətinin rəhbərləri tərəfindən birgə sənəd imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button