AktualAktualArxivXəbər lentiXəbərlər

İran, Rusiya və Türkiyə dövlət başçılarının Təbriz sammitinin təfərrüatları

Şərqi Azərbaycan valisi deyib: “İran, Rusiya və Türkiyə ölkə başçılarının görüşü Təbrizdə baş tutacaq.”

Qafqaz Mədəniyyət Mərkəzi – Məcid Xudabəxş sammit barədə jurnalistlərə verdiyi açıqlamasında deyib: “İran, Rusiya və Türkiyə ölkə başçılarının Suriya məsələləri ilə bağlı görüşü 7 sentyabrda cümə günü baş tutacaq.”

Vali əlavə edib: “Rusiya prezidenti Vladimr Putin və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan sammitdə iştirak etmək üçün 7 sentyabrda 2018-ci il üçün İslam Turizm paytaxtı elan edilmiş Təbrizin istiqanlı əhalisinin qonağı olacaqlar. Ölkəmizin prezidenti höccətül-islam vəl-müslimin doktor Ruhani görüşə evsahibliyi edəcək.”

Xudabəxş vurğulayıb ki, bundan əvvəl İran, Rusiya və Türkiyə dövlət başçılarının Soçi və Ankarada terroruzmlə mübarizə, Suriyada sülh və müzakirə prosesinin irəli aparılması ilə bağlı iki iclası baş tutub.

Bu xəbərə əsasən, Türkiyənin Prezident Administrasiyası bildirib ki, Rəcəb Təyyib Ərdoğan İran, Türkiyə və Rusiya başçılarının görüşündə iştirak etmək üçün 7 sentyabrda Tehran, ya Təbrizə səfər edəcək, iranlı və rusiyalı həmkarları ilə Suriya məsələləri ilə bağlı danışıqlar aparacaq.

16 avqustda Kremlin mətbuat katibi Dmitri Pskov sentyabrın əvvəllərində İran, Rusiya və Türkiyə dövlət başçılarının üçtərəfli görüşünün baş tuta biləcəyini xəbər vermişdi.

İran, Türkiyə və Rusiya dövlət başçıları ötən ildən bu prosesi Qazaxıstanın Astana şəhərində başladılar. Görüşdə məqsəd Suriya böhranının həllini dövlət və üsyançılar arasında müzakirələrin aparılması səmtinə yönəltmək və bu ölkədə konstitusiyanın yenidən yazılmasına nail olmaqdır. Sözü gedən proses Suriyanın müxtəlif bölgələrində atəşkəsin yaranması ilə həyata keçməyə başlayıb və hal-hazırda böhran siyasi həll yolu istiqamətində hərəkət edir.

Türkiyənin bəzi mənbələrinin yazdığına görə, Ərdoğan Tehran səfərində İran rəsmiləri ilə ABŞ-ın sanksiyalarına qarşı mübarizə barədə də danışıqlar aparacaq.

İranın əsas ticarət ortaqlarından olan Türkiyə ötən həftələrdə Amerikanın sanksiyaları və rüsum müharibəsi ilə qarşılaşdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button