ArxivXəbər lentiXəbərlər

Türkiyədə güclü zəlzələ baş verib: 19 ölü, 922 yaralı

Türkiyənin şərqindəki Elazığın Sivrice vilayətində və Malatya bölgəsində 6.8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazir hazırda hərbi və tibbi briqadaların axtarışları davam etdirdiyini qeyd edib.

Baş verən ardıcıl zəlzələlərdə 19 nəfər həlak olub, 922 nəfər yaralanıb, 30 bina çöküb.

Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.Təbii fəlakət bölgəsinə çox sayda ağır texnika cəlb olunub.

Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən bildirilib ki, Türkiyənin 39 rayonundan axtarış-xilasetmə briqadası, 180-dən çox xüsusi texnika zəlzələ ərazilərinə göndərilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button