ArxivXəbər lentiXəbərlər

Türkiyədə dəhşətli partlayış nəticəsində onlarla insan ölüb – YENİLƏNİB + FOTO+18

Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Qafqaz.ir-ın APA-ya istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.

Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.

15:05

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.

Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button