ArxivXəbər lentiXəbərlər

Türkiyə qəzeti Ər-Riyadın Suriyada terrorçulara olan yardımlarını ifşa etdi

Türkiyədə çıxan Yeni Şəfəq qəzeti Səudiyyə Ərəbistanının Suriyanın şimalına olan 100 milyon dollarlıq yardımına işarə edərək, Ər-Riyadı terrorçuları dəstəkləməkdə ittiham edib.

Yeni Şəfəq qəzeti Səudiyyə Ərəbistanının Suriyanın şimalındakı silahlı qruplara olan 100 milyon dollarlıq yardımını Türkiyənin milli maraqlarına zidd hərəkət adlandırıb.

Yeni Şəfəq qəzeti Səudiyyə Ərəbistanının Suriyanın şimalındakı terrorçu qrupları himayədə ittiham edərək,  yazıb: Bu maliyyə yardımı kürd yaraqlılarının nəzarəti altında olan ərazilər üçün nəzərdə tutulub.

ABŞ iki ildir ki, Türkiyənin etirazları və xəbərdarlıqlarına rəğmən, Suriyada mərkəzi hökuməti zəiflətmək və Türkiyə hökumətinə təzyiq göstərmək məqsədilə Suriyanın şimalında terrorçu qrupları o cümlədən PYD və YPG kimi kürd yaraqlılarını silahlandırmaqla məşğuldur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button