AktualAktualArxivIslamQarabağXəbər lentiXəbərlər

Türkiyənin “Qüds TV” telekanalının direktoru Azərbaycan dindarlarının sosial şəbəkədə Qüds həftəsi keçirməsini dəstəkləyib

Türkiyənin “Qüds TV” telekanalının direktoru Nurəddin Şirin Azərbaycan Respublikası tələbələri, ruhaniləri və dindar fəallarının Qüds Günü ərəfəsində Qüds həftəsi keçirmək təşəbbüsünə öz dəstəyini bildirib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Nurəddin Şirin “Qüds TV”-nin Qüdsə aid proqramında təkid edib ki, Azərbaycan Respublikasının müsəlman xalqı islami və sionizm əleyhinə mübarizələrində tək qalmayacaq, Azərbaycan İslam Partiyası sədri doktor Mövsüm Səmədov, Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırov, Hacı Abgül, islamçı məhbuslar, həbsxanada olan digər ruhanilər və anti-sionist fəallar daim dəstəklənəcək.

O, həmçinin Azərbaycan Respublikası tələbələri, ruhaniləri və dindar fəallarının Qüds Günü ərəfəsində sosial şəbəkədə Qüds həftəsi keçirmək təşəbbüsünə öz dəstəyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button