ArxivIslamXəbər lentiXəbərlər

Məscidlərdə bayram namazı qılınıb

Sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı qeyd olunur

Sentyabrın 1-də paytaxtın Təzəpir və Əjdərbəy məscidlərində Qurban bayramı münasibətilə bayram namazı qılınıb və xütbələr oxunub.

APA yazır ki, hər iki məsciddə bayram namazı axundların imam-camaatlığı ilə qılınıb. Xütbələrdə vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, eləcə də qurban kəsmə qaydaları haqda məlumat verilib. Daha sonra namaza qatılan insanlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

Paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrindəki məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button