ArxivIslamXəbər lentiXəbərlər

Səadətli Qədir-Xum bayramı münasibəti ilə Əhli-beyt (ə) cəmiyyətinin təbrik bəyanətı

Ahlibeyt.ge xəbər verir ki, bu gün 09 sentyabr və 18 zilhəccə müsəlmanların böyük bayramlarından olan dinin kamilləşməsi, səadətli Qədir-Xum bayramına təsadüf edir. Bu bayram münasibəti ilə “Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti” və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Əhli-beyt (ə) Aşiqləri Forumu” və “Zeynəb (s.ə) Qadınlar Birliyi” başda İmam Zaman (ə.f) olmaqla, dünya Əhli-beyt (ə) aşiqlərini təbrik edir.

Qədir Xum Məkkə və Mədinə arasında bir yerin adıdır. Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) həccül-vidada (sonuncu həcc) dünya şiələrinin birinci imamı Həzrət İmam Əlini (ə) özündən sonra vəli elan etdi.

Əziz İslam Peyğəmbəri (s) sonuncu həccindən döndüyü zaman Həccdə iştirak edən bütün müsəlmanları Qədir-Xumda topladı və bu məkanda Həzrət İmam Əlini (ə) Allah-taala tərəfindən öz vəsisi, qardaşı və canişini elan etdi.

Əziz İslam Peyğəmbəri (s) Qədir-Xumun önəmli xütbəsində buyurdu: “Mövlası olduğum hər kəsin, məndən sonra mövlası Əlidir”. 

İslam rəvayətlərində ən böyük bayram kimi izah olunan səadətli Qədir-Xum bayramını bütün ilahi dinlərin ən böyük bayramı kimi qeyd etmək olar. Çünki bütün ilahi elçilərin zəhmətləri bu gündə nəticəyə varmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button