ArxivIslamSosialXəbər lentiXəbərlər

Terrorçunun etirafı: ABŞ-dan olan təlimçilər terror hazırlıqları üçün bizə təlim keçibilər

İngilis gizli xidmətləri Suriyadakı rus hərbi obyektləri haqqında məlumat toplamaq üçün terrorçuları onlarla əməkdaşlığa məcbur edib. TASS xəbər verir ki, bunu İŞİD terror təşkilatının keçmiş üzvü Məhəmməd Hüseyn Səud deyib.

O qeyd edib ki, Britaniya xüsusi xidmət orqanları vasitəçilərlə onun yanına gələrək lazım olan hər şeylə – pul, telefon, kameralarla təmin edəcəyinə söz veriblər. Onun vəzifəsi Suriya kəşfiyyatının obyektlərini, habelə Rusiya və Suriya ordularının fotoşəkillərini çəkmək olub. Alınan şəkilləri İnternet vasitəsilə xüsusi xidmətlərə göndərib. Səudun sözlərinə görə, gələcəkdə Rusiya bazalarından birinə terror hücumu planlaşdırırlarmış.

O, İordaniya ilə sərhəddə, Ət-Tanf Amerika hərbi bazasında kəşfiyyat əməkdaşları ilə görüşdüyünü qeyd edib.

Aprel ayında Suriya hökumət qüvvələrinə təslim olan terrorçular ABŞ-ın respublikada təxribata hazırlıqları barədə danışıblar. Onların sözlərinə görə, ABŞ-dan olan təlimçilər neft və qaz və nəqliyyat infrastrukturu obyektlərində təxribat üçün təlim keçibilər. Bundan əlavə, Suriya hökumət qüvvələrinin nəzarətində olan ərazidə terror aktları təşkil etməyə hazırlaşırıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button