ArxivXəbər lentiXəbərlər

Rusiya, İran və Türkiyə birgə Suriya çağırışı etdi

İslamazeri.az-ın “Al Jazeraa”-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya, İran və Türkiyə Suriyadakı bütün silahlı qruplaşmaları İŞİD və “Nusra Cəbhəsi” terror təşkilatlarından ayrılmağa səsləyib.

İran, Rusiya və Türkiyə təkrar şəkildə İŞİD və “ən-Nusra” ilə birgə mübarizə aparmaq və onları silahlı müxalif qruplaşmalardan ayırmaq niyyətində olduğunu bildirib.”, – deyə Astana danışıqlarının yekunlarına dair sənəd layihəsində deyilir.

Rusiya Federasiyasının danışıqlardakı nümayəndə heyətinin başçısı Aleksandr Lavrentyev bildirmişdi ki ki, Astanadakı Suriya görüşünün iştirakçıları bazar ertəsi-çərşənbə axşamı günləri yekun sənədin razılaşdırılması üzrə işləri davam etdirəcəklər. Onun sözlərinə görə, Suriya münaqişəsinin tərəfləri qarşılıqlı inamsızlıq qalmaqdadır, lakin əsas olan odur ki, danışıqlar gedir.

Xatırladaq ki, Astanadakı Suriya görüşü bu gün start götürüb. Rəsmi Dəməşq və silahlı müxalifət nümayəndə heyətləri ilk dəfə olaraq eyni danışıqlar masası arxasında əyləşiblər.

HƏMÇİNİN BAX: 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button