ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tehranda 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Qafqaz.ir  xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov 20 Yanvar hadisələrinin siyasi nəticələrindən danışıb. Nəzərə çatdırılıb ki, Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz olunmuşdu. Bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.

Diplomat qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri separatçılığa etirazlarını bildirən dinc əhalini atəşə tutdu. Həmin gecə Bakıda sovet əsgərləri tərəfindən 147 nəfər qətlə yetirildi, 744 nəfər isə yaralandı. Ümummilli lider Heydər Əliyev həmin günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu cinayətə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button