ArxivIslamXəbər lentiXəbərlər

Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib – FOTO

bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib.

Tədbirdə Azərbaycan, İran İslam Respublikası (İİR) və Türkiyə Cümhuriyyətinin səfirləri və diplomatik korpus nümayəndələri, din xadimləri, dövlət rəsmiləri və şəhər dindarları iştirak edib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Məşədi Vidadi Qurbanovun Quran tilavəti ilə başlayıb.

Sonra məclisin aparıcısı Kərbəlayi Pərviz Abdullayev əlamətdar günlər haqda açıqlama verərək çıxış üçün kürsüyə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovu dəvət edib.

O, öncə məsum Əhlibeyt imamların nəzərində orucun fəlsəfə və faydalarından, imamların Ramazan ayını necə yaşamalarından və tövsiyələrindən. Sonra bu Ramazan günlərində dünyada baş verən hadisələr, aclıq və insan qırğınlarından danışıb.

“Ramazanın önəmli dərslərdindən biri də ictimai yardımlaşma, insanlara rəhmli davranış və sevgi göstərmək olsa da bu gün dünyada 820 milyon insan -yəni hər 9 insandan biri aclıq içində olsa da onlara lazımı yardım olunmur. Milyonlarla körpə aclıqla üzbəüzkən, 130 mindən çox Yəmənli uşaq aclığın törətdiyi fəsadlardan dolayı xəstəxanalara qaldırılaraq dünyalarını dəyişibdir. Çox dəhşətli haldır ki, Allah bu gün dünyaya 300 trilyon sərvət bəxş edib. Ancaq təəssüflə hər il 750 milyar dolar ərzaq israf olunub, 1,3 milyar ton ərzaq isə zibilə atılarkən yer üzünün bir çox güşələrində insanlar bir tikə çörəyə, təmiz suya möhtacdır. Rəhmət ayında oruclu halda Allahdan rəhm gözləyənlərin bəzisi Allahın bəndələrinə rəhmli davranmırlar. Bir sözlə təəssüflə qeyd etməliyik ki, dünyada oruc tutulsa da orucun məqsədi yetərincə yaşanmır”, – deyə Ramin İgidov bildirib.

Sonra məclisdə iştirak edən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, İİR-ın ölkəmizdəki səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Türkiyə Cümhuriyyəti Səfirliyinin din üzrə müşaviri Hacı Ehmed Erdem, Dini Məsələlər Üzrə Dövlət Agentliyinin nümayəndəsi Abay Paşayev və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri Hacı İsak Novruzov mərasim iştirakçılarını salamlayıb, əziz və müqəddəs günlər münasibəti ilə təbrik, ürək sözləri və xoş arzularını çatdırıblar.

İftar süfrəsi ətrafında keçirilən mərasim Məşədi Səid Həsənin ifasında könülə oxşayan dini ilahilərlə davam edib.

Sonda dünyaya və ölkəmizə sülh, bolluq-firavanlıq, ailələrə xöşbəxtlik və körpələrə sevinc arzu olunub.

Bu ayda dua və ibadətlərin qəbul olunması üçün dualar edilib.

Tədbir süfrə duası ilə sona çatıb.

Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button