ArxivXəbər lentiXəbərlər

Gürcüstan parlamentində dava düşüb

Bu gün Gürcüstan parlamentinin plenar iclasında insident baş verib.
APA-nın Gürsüstan müxbirinin “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, insident Vahid Gürcüstan Hərəkatı partiyasının liderlərindən olan Giorgi Baramidzenin sabiq xarici işlər naziri Maya Pancikidze barədə intim video kadra münasibət bildirərkən baş verib.
Bu vaxt hakim partiyadan olan deputat Karlo Kopaliani və Omar Nişniadze ilə Vahid Gürcüstan Hərəkatından olan deputat Mixail Maçavariani arasında mübahisə düşüb.
Az sonra isə “söz atışması” davaya keçib. K. Kopaliani mikrofonu götürərək M. Maçavarianiyə zərbələr endirməyə başlayıb.
Deputatların müdaxiləsindən sonra tərəflər sakitləşib.
İclas bir neçə dəqiqədən sonra işinə davam edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button