ArxivXəbər lentiXəbərlər

Taleh Bağırzadə: Qobustan həbsxanasında fiziki zorakılığa məruz qaldım

“Adil adlı şəxs tərəfindən fiziki zorakılığa məruz qaldım”

“Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadə saxlanıldığı həbsxanada döyülüb.

qafqaz.ir  ilahiyyatçının ailə üzvləri məlumatina gore xeber verib.

Yaxınlarının sözlərinə görə, T.Bağırzadə telefonla danışarkən başına gələnlər haqda söyləyib. T.Bağırzadə bildirib ki, onu həbsxananın əməkdaşları döyüb:

“Hakimiyyət məni yenidən şərləyərək, haqqımda daha bir qondarma cinayət işi açandan sonra da sakitləşmir. Saxlandığım Qobustan həbsxanasında sifariş əsasında, məni təxribata çəkmək məqsədi ilə keçmiş əməliyyatçı, hazırda isə orada mülki işçi kimi fəaliyyət göstərən Adil adlı şəxs tərəfindən fiziki zorakılığa məruz qaldım. Bütün xalq bilsin ki, Qobustan həbsxanasında başıma gələcək istənilən hadisənin birbaşa məsuliyyətini İlham Əliyev daşıyır. Onu da deyim ki, bizi bu haqlı mübarizəmizdən nəinki fiziki zorakılıqlarla, hətta dar ağacından assalar belə, yenə də döndərə bilməzlər. Allah bizim yardımçımızdır”.

Penitensiar Xidmətdən bununla bağlı münasibət öyrənmək mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button