ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Paşinyan Ermənistanda növbədənkənar seçkilərin vaxtını açıqlayıb

Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Qafqaz.ir  xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Baş nazir qeyd edib ki, o, müxalifət lideri Qaqik Tsarukyanla görüşüb. Görüşdə partiya liderləri ölkəni hazırkı siyasi böhrandan çıxarmağın ən yaxşı yolunun erkən seçkilərə getmək olduğu qənaətinə gəliblər.

“Ermənistan prezidenti, “Mənim addımım” partiyası və “Çiçəklənən Ermənistan” partiyasının liderləri ilə müzakirələrimdən sonra yekun qərar budur ki, erkən parlament seçkiləri bu il iyunun 20-də keçiriləcək”, – deyə N. Paşinyan vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button