ArxivXəbər lentiXəbərlər

İran Səudiyyə rejiminin ittihamlarına cavab verdi

İran Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Qasimi Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın İranın ünvanına bu gün yaydığı bəyanatdakı ittihamları rədd edərək bu iddiaları qızışdırıcı adlandırıb.

qafqaz.ir-un Tasnim-ə istinadən verdiyi xəbərə görə, İran XİN sözcüsü koalisiyanın iddialarını yalnış, məsuliyyətsiz, yararsız və təhrikedici adlandırıb.

Səud rejiminin Yəmən xalqına qarşı qətliam həyata keçirməsinə işarə edən Qasimi yəmənli güclərin Səudiyyəyə bu cavabının kökündə başqa bir ölkənin dəstəyi deyil, məhz Səudiyyə rejiminin işğalçı əməliyyatlarının durduğunu bildirib.

“Uzun müddətli hərbi əməliyyatlarla öz mənfur məqsədlərinə çatmayan səudiyyəlilər tamamilə yalan və mənasız ittihamlarla öz məğlubiyyətə uğrayan ittifaqlarını daha da ağır duruma salırlar. Bizim onlara verə biləcəyimiz tək tövsiyə budur ki, bu cür mənasız ittihamları kənara qoysunlar və müdafiəsiz Yəmən xalqına qarşı qətliamları dayandıraraq bu ölkədə sülhün bərqərar olması üçün zəmin yaratsınlar”, – deyə Qasimi bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button