ArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Tale Bağırzadə ermənilərin Bərdədə törətdiyi qətliamdan yazdı

  • Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə ermənilərin hücumu nəticəsində Bərdədə baş verən qətliama münasibət bildirib.

 

O, bu barədə həbsxanadan məktub ünvanlayıb.

 

Rakurs.tv məktubu olduğu kimi təqdim edir:

 

“Bərdə terrorunun dəhşətli görüntüləri ürəklərimizi dağlasa da, xalqımızın birlik və bərabərliyini, döyüş əzmini əsla sarsıda bilmədi. Əksinə, bu alçaqcasına hazırlanan terror planı bir xalq olaraq bizim Qarabağ eşqimizi alovlandırıb, qəlblərimizi, düşüncələrimizi, gözlərimizi işğalda olan Kəlbəcərin, Şuşanın, Xankəndinin, bir sözlə Qarabağımızın tez bir zamanda azad olunmasına yönləndirdi. Düzdür, çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, biz bir millət olaraq işğal altında olan torpaqlarımızın azadlıq xəbərini təkcə dövlət başçısından deyil, həm də alçaq düşmənimizin mülki vətəndaşlarımıza qarşı törətdiyi amansız terror aktlarının ürək parçalayan səhnələrindən də anlaya bilirik. Bu danılmaz bir həqiqətdir, düşmən işğal olunmuş torpaqlarımızdan çəkilmir, sözün əsl mənasında qovulur. Qovulduqca da öz xislətinə uyğun olaraq namərdcəsinə terror aktları törədərək sivil insanları, körpə balalarımızı qətlə yetirir. Əlbəttə, qeyrətli və şərəfli ordumuz bütün bunların cavabını düşməndən döyüş meydanında artıqlamasilə alır. Fürsətdən istifadə edib düşmən ölkənin baş nazırinə çağırış edirəm: Paşinyan! Əlini körpə uşaqların qanına bələdiyin yetər. Terroru dayandır! Onsuz da xəstə təxəyyülünüzdə özünüzü nadir bir millət olaraq görürsünüz. Belə getsə, qanları bahasına tarix yazan müzəffər ordumuz bir millət olaraq sizi daha da nadirləşdirərək adlarınızı qırmızı kitabın səhifələri siyahasına salacaq. Nə qədər ki gec deyil, təslimiyyət bayrağını qaldırıb işğal etdiyiniz torpaqlarımızdan çıxın! Çıxın ki, biz də sülhpərvər bir xalq olaraq, möhkəm sıxdığımız yumruqlarımızı açaraq sülh sazişinə imza ataq. Allah böyükdür. Vətən sağ olsun.

 

Tale Bağırzadə.

Müsəlman Birliyi Hərəkatının sədri.

Qobustan həbsxanası.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button