ArxivXəbər lentiXəbərlər

Naxçıvanda III Beynəlxalq Rəsm Festivalında iranlı rəssamlar uğurlu iştirak ediblər

Naxçıvan Muxtar Respublikasında keçirilən 3-cü Beynəlxalq Rəsm Festivalında iranlı rəssamların əsərləri birinciliyə layiq görülüb.

İİR-in NMR-dakı baş konsulluğunun Başkonsulluğun Mədəniyyət attaşesi Hüseyn Ağazadə bu barədə məlumat verərkən deyib: Tarixi Naxçıvan qalasında keçirilən festivalda Vədud Müəzzin, Səid Əyyami, Rüqəyyə Pəhləvani, Kübra Radpur və Rüqəyyə Caviddustun əsərləri sənətşünaslar tərəfindən rəğbətlə qarşılanıb və ən üstün əsərlər kimi seçilib. Festivalda iştirak edən İranlı rəssamların hamısı Festivalın büstü və fəxri diplomla mükafatlandırılıblar.

İranlı rəssamların əsərləri dünən də Heydər Əliyyev sarayının zalında nümayiş etdirilib.

İranlı diplomat NMR-nin mədəniyyət və turizm naziri Natəvan Qədimova, rəssamlar ittifaqının sədri Ülviyyə Həmzəyeva, Ali Məclisin ictimai qurumlar şöbəsi və humanitar siyasətlər ofisinin rəhbəri Rəhman Məhəmmədovla görüşlərində qarşılıqlı elmi, mədəni və sənət əməkdaşlıqları eləcə də siyasi-iqtisadi əlaqələrin inkişafı yollarını müzakirə edib.

Festivalda dünyanın 10 ölkəsindən 35 rəssam öz əsərlərini təqdim ediblər.

Naxçıvan şəhəri İslami ölkələrin elmi mədəni təşkilatı (ISESCO) tərəfindən 2018-ci il üçün islam dünyasının mədəniyyət paytaxtı seçilib və həmən il üçün də Naxçıvanda 4-cü Beynəlxalq Rəsm Festivalının keçiriləcəyi planlaşdırılır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button