AktualArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mirtacəddini: Ərdoğanın təfriqəçilik hərəkəti İran xalqı tərəfindən yekdilliklə pisləndi

Təbrizin millət vəkili Ərdoğanın təfriqəçilik hərəkətinə işarə edərək deyib: “İran xalqı yekdilliklə Ərdoğanın hərəkətini pislədi.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi Məhəmmədriza Mirtacəddini bazar günü Məclisin açıq iclasında Türkiyə prezidenti Ərdoğana təfriqəçilik hərəkətinə görə, şifahi xəbərdarlıq edərək deyib: “İran xalqı bütövdür; çünki mədəniyyət və kökə sahib bir xalqdır. 8 illik Müqəddəs Müdafədə və Hərəm Müdafiəsində 10 minlərlə şəhid, yüz minlərlə yaralı vermiş xalqla eyni səslə elan edirik ki, Ərdoğanın təfriqəçilik hərəkəti məhkumdur.”

Mirtacəddini Parlament nümayəndələrinin Ərdoğanın təfriqəçilik hərəkətini pisləmək üçün imza topladıqlarını da diqqətə çatdırıb.

Təbrizin millət vəkili vurğulayıb: “Şəhid yetişdirən Azərbaycanın səsinə qoşulur və deyirik: Azərbaycan İnqilabdan, İrandan və Rəhbərdən ayrılmaz.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button