ArxivIslamQarabağSosialXəbər lentiXəbərlər

Tbilisidə Gəncə terrorlarına etiraz bildirildi

  • Tbilisidə Gəncə terrorlarının qurbanlarının xatirəsinə həsr olunan aksiya davam edir.

Aksiyaçılar terror aktları zamanı həlak olanların və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İştirakçılar Ermənistanın dinc insanlara qarşı terror, insanlığa sığmayan qanlı cinayətlərini kəskin şəkildə qınayıblar.

Aksiyada “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, düşmənləri kor olsun!”, “Ermənistan terroruna yox!” şüarları səsləndirilir.

Gürcü tarixçi Quram Marxuliya çıxışında deyib ki, 30 ilə yaxındır dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmayıb: “Azərbaycan tarixi torpaqlarını erməni işğalından xilas edir, ərazi bütövlüyünü bərpa edir. Erməni silahlı birləşmələri döyüş meydanından uzaqda yerləşən Azərbaycan şəhərlərini, dinc sakinləri raket hücumlarına məruz qoyur. Bu onu göstərir ki, Ermənistan Azərbaycanın qüdrətli Ordusunun qarşısında müqavimət göstərmək qabiliyyətinə malik deyil. Dünya birliyi Ermənistanın müharibə cinayətlərini qınamalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button