AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSosialTarixXəbər lentiXəbərlər

Mustafa Çamranın şəhadəti münasibətilə; Hicrət, cihad və şəhadət övladı, hərəkət və müqavimət örnəyi

Mustafa Çamran 1932-ci ildə Tehranda dünyaya gəlib. O, ilk təhsilinə Pamnar yaxınlığındakı İntisariyyə məktəbində başlamışdır. Orta məktəbini Darul-Funun və Əlborz məktəblərində bitirib. Sonra Tehran Universitetinin Texnologiya İnstitutunda təhsilini davam etdirib və 1957-ci ildə yüksək nəticə ilə Elektromexanika fakültəsinin məzunu olub.

Çamran Texnologiya İnstitutunda 1 il tədris edib. Sonra magistr dərəcəsi üçün Texas Universitetinin təqaüdünü alıb və təhsilini davam etdirib. ABŞ-ın Berkli Kaliforniya Universitetində elektro-fizika və plazma fizikası üzrə doktorluq dərəcəsini alıb. O təhsil aldığı bütün müddət ərzində ilk şagird adı qazanıb.

Çamran Amerikada olarkən dostlarının əməkdaşlığı ilə ilk dəfə olaraq “Amerika Müsəlman Tələbələr Birliyini” qurdu. Həmçinin o, Kaliforniyada “İranlı Tələbələr Birliyi”nin təsisçilərindən və fəallarından sayılır.

1963-cü ildə İmam Xomeyninin (r) rəhbərliyi ilə 15 Xordad Qanlı Qiyamından sonra Çamran cəsarətli və həlledici addımlar atdı, mömin və məsləkdaş dostları ilə birlikdə Misirə yollandı. Əbdün-Nasirin dövründə iki il müddətində ən çətin partizan döyüşləri təlimi aldı və dərhal İran mübarizləri partizan təlimi vəzifəsini öhdəsinə alaraq Livana yola düşdü.

Livan şiələrinin rəhbəri İmam Musa Sədrin köməyi ilə “Məhrumlar Hərəkatı”, sonra isə İslam prinsipləri əsasında onun hərbi qanadı olan “Amal Təşkilatı”nı yaratdı, şiə bayrağını dövranın ən zülmkarı işğalçı sioniszm qarşısında qaldırdı və şiə məzlumlarının qəlbində yer tutdu.

İranda İslam İnqilbaının qələbəsindən sonra Çamran 21 il mühacirlik həyatından sonra vətənə döndü və bütün təlaşını Sədabadda İnqilab Keşikçilərinin ilk qruplarının yetişdirilməsinə sərf etdi. Baş nazirin müavini vəzifəsini öhdəsinə almış Çamran anti-inqilabçılar və separatçıların fəaliyyət mərkəzinə çevrilmiş Kürdüstan məsələsinin tez həll olunmasına səy etdi. O, unudulmaz Pavə hadisəsinin fəal iştirakçısı olmuşdur.

Bu cərəyanlardan sonra İmam Xomeyninin (r) ordunun 24 saat ərzində Pavəyə yeridilməsi ilə bağlı əmr verdi. Əməliyyata komandanlıq Çamrana tapşırılmışdı. Beləliklə, Kürdüstan böyük təhlükədən qurtuldu.

Doktor Çamran Tehrana qayıtdıqdan sonra İslam İnqilabının banisi İmam Xomeyninin fərmanı ilə müdafiə naziri təyin edildi. İraqın İrana qarşı müharibəsi başlandıqdan sonra Mustafa Çamran könüllü döyüşçüləri öz ətrafına topladı və onları təşkilatlandıraraq Əhvaz şəhərində Qeyri-Münəzzəm Döyüşlər Qərargahını qurdu.

Doktor Mustafa Çamran 31 xordad 1360-cı (21 iyun 1981) ildə Dehlaviyyə məntəqəsində ön xəttə baxış keçirərkən düşmən tərəfindən atılan mərmilər nəticəsində şəhid oldu.

İslamın hicərət, cihad, şəhadət övladı, hərəkət və müqavimət örnəyi olan bu iftixarlı sərkərdəsinin insan yetişdirən şəhadətindən sonra təkcə İran müsəlmanları deyil, dünyanın bütün müsəlmanları ayağa qalxdı. Allah ona rəhmət etsin, onu İmam Hüseyn (ə) və Kərbəla şəhidləri ilə məhşur etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button