ArxivIslamXəbər lentiXəbərlər

Tərtər işi ilə bağlı Bərdədə aksiya keçirildi-VİDEO

Tərtər hadisələri ilə bağlı həbs edilmiş və işgəncə ilə qətlə yetirilmiş hərbiçilərin yaxınları bu gün Bərdədə Müdafiə nazirliyinə məxsus hərbi korpusun qarşısında etiraz aksiyası keçiriblər.
qafqaz.ir-in  Vetenugrunda.az-a istinad  verdiyi xəbərə görə, etirazçılar öldürülmüş, həbs olunmuş yaxınlarının şəkili olan köynəklər geyərək aksiyaya çıxıblar. Onlar baş vermiş cinayət hadisəsi ilə bağlı ədalətli ölçü götürülməsini, hərbçilərin işgəncə altında qətlə yetirilməsində iştirak edən Müdafiə Nazirliyi əməkdaşlarının layiqli cəzalandırılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.
Aksiyanı işıqlandıran zaman Hurriyyet.tv-nin əməkdaşı Vüsalə Nəciyeva və “Kanal 13” internet televiziyasının əməkdaşı Fərid İmran polis tərəfindən saxlanılıb. Jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən, yəni sakinlərin aksiyasını çəkən zaman saxlanılıb.
Onlar post-patrul xidmətinin maşınında Bərdə rayon ərazisindən çıxarılaraq, Yevlax ərazisində sərbəst buraxılıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button