Islam

Şiəlik adı altında Baş yaranlar bilməyərəkdən kimə qulluq edirlər? (Fitva) “Fotolar”

Heç bir dəlil və sübutü olmayan işi dinin və şiəliyin simvoluna çevirmək nə məna daşıya bilər?
Şiə dəlil və məntiq dinidir. Qəməni (qılıncı) öz başıvıza vumaq əvəzinə düşmənin başına vurun. Çox təssüf hal-hazırda qəmə vumağın müstəhəblik fətvasını verən şəxs hətta Suriyada həzrəti Zeynəbin hərəmini qorumaq fətvasını ən azından caiz olmağını deməkdən çəkinir və süstlük edir.
İndiki zamanda şiə və islam dinin qoruyan və həzrəti Zeynəb, xanım Rüqəyyənin hərəminin keşikçiləri canların, namusların dinə qurban verən və haqq sözün deyib susmayanlar və məxsusən, şiənin bayrağını ucaldan Hizbullah təşkilatı O Müctehidlərin davamçılarıdırlar ki, onlar qəmə vurmağı caiz və düzgün hesab etmirlər. Onlar öz qəmə və silahlarını düşmənin sinəsinə nişan alıblar.
Üləma və Təqlid Mərceyilərin Qəmə Zəni (başı yarmaq) ilə bağlı baxışları:
Vəfat etmiş Üləmalar:
Böyük Ayətullah Seyyid Muhsin Həkim (r.a): Qəmə zəni,dini və ya müstəhəb bir iş deyil. Bu iş İslam,Müsəlmanlar və Əhli-Beytin zərərinədir.
Böyük Ayətullah Seyyid Əbul Qasim Xoi (r.a): Qəmə zəni haqqında heçbir dəlil yoxdur və onun müstəhəb sayılması üçün heçbir yol yoxdur.
Böyük Ayətullah Seyyid Əbul Həsən İsfahani (r.a): Qəmə zəni, Zincir vurmaq haramdır.
Böyük Ayətullah Seyyid Muhsin Əmin Cəbəl Amuli (r.a): Qəmə zəni və bu kimi yas mərasimləri ağıl hökmünə və şəriətə görə haramdır.Dünyada faydası olmayan və axirətdə də savabı olmayan başı yaralamaq nəfsə əziyyət etməkdir ki şəriətdə haramdır.Bu əməl Əhli-Beytin Şiələrinin xalqın gözündən düşməsinə və onları vəhşi saymağlarına səbəb olmuşdur. Heç şübhə yoxdurki bu kimi əməllər şeytanların vəsvəsələrindən qaynağlanır və Allahın,Peyğəmbərin və Əhli-Beytin razılığı yoxdur.Əlbəttə bu əməllərin adlarını dəyişdirmək onun mahiyyətini və haram olan şəri hökmünü dəyişdirməz.
Böyük Ayətullah Şəhid Seyyid Muhamməd Baqir Sədr(r.a): Bu kimi işlər,cahil insanların işidir və Üləma davamlı olaraq bu kimi işləri qadağan etmiş və haram etmişdir.
Böyük Ayətullah Fazil Lənkərani (r.a): Qəmə zəni mövzusu,xalqın İmam Hüseynə daha çox marağ göstərməsinə,yönəlməsinə və Onun Müqəddəs hədəfinə səbəb olmadığı kimi,pis nəticələr verməsinə səbəb olur.Bu səbəbdən İmam Hüseyn (a.s) məktəbinə bağlı olan şiələr bu işlərdən uzaq durmalı və əgər hətta nəzir etmiş belə olsalar nəzirləri səhih deyil.
Böyük Ayətullah Şəhid Mürtəza Mütəhhəri(r.a): Bu kimi mərasimlər Ortodoks Xristiyanlarından qaynaqlanmışdır.
Böyük Ayətullah Muhamməd Cavad Muğniyə (r.a): Xoş olmayan bu işlər,bidətdir.Din və məzhəbdə yeri yoxdur.
Ayətullah Meşkini (r.a): Bu kimi işlər İslam şəriətində qəbul edilməmişdir,hətta bunlardan bəziləri zatən haramdır. Müsəlmanlar,bir çeşid ibadət olan İmam Hüseynin (a.s) mərasimlərinə bunları daxil etməkdən qətiyyən çəkinməlidirlər.
Yaşayan ÜləmalaR
Böyük Ayətullah Seyyid Əli Xamenei :
Qəmə zəni,uydurma bir əməldir və dinlə əlaqəsi olmayan işlərdəndir.Heç şubhə yoxdur ki Allahda onun edilməsinə razı deyil.
Kamunistlər Azərbaycana müsəllət olduğları vaxt,bütün İslami əsərləri yox etdilər; nümunəsi, Məscidləri anbarlara çevirdilər;dini salonları və Hüseyniyyələri elə şeylərə çevirdilər ki, olardan İslamdan və Şiəlikdən heçbir əsər elamət qalmadı.sadəcə bir şeyə icazə verdilər o da “Qəmə zəni” idi.!Niyə? Çünki qəmə zəninin özü onlar üçün din və Şiəliyin əleyhinə istifadə edəcəkləri bir propaqanda idi! Bu şəkildə bəzən düşmən bu kimi bəzi şeyləri din əleyhinə istifadə edir. Hər zaman xurafatlar ortaya çıxsa,xalis din pis tanınacağdır.
Böyük Ayətullah Cavadi Amuli:
İslamın çirkin tanınmasına və matəm məclislərinə təhqirə səbəb olan şeylər caiz deyil.Qəmə zəni və bunun kimi şeylərdən uzaq durulması məsləhət görülür.
Böyük Ayətullah Məkarim Şirazi: Yas və Matəm məclisləri elə bir şəkildə olmalıdırki İslam düşmənlərinin əlinə bəhanə verməməli və Sui istifadə etmələrinə səbəb olmamalıdır.Və bu əzim və böyük mərasimlər zəyifləməməlidir.Bununla bağlı məzhəbin ləkələnməsinə səbəb olacaq işlərdən – jiletlə sinə vurmaq və ya bıçaqlı və jiletli zincirlərlə özünə vurmağdan – deyanılmalıdır.
Böyük Ayətullah Məzahiri İsfahani:
Qəmə vurmaq və bunun kimi şeylər caiz deyil.
Böyük Ayətullah Seyyid Kazım Hairi:
Qəmə vurmaq kimi xurafatlar,İslam və Şiəliyin pis tanınmasına səbəb olur
Böyük Ayətullah Nuri Həmədani (Müraciət):Yas tutan möhtərəmlər, Qəmələri öz başlarınıza vurunca İslam torpağlarını işğal etmiş, onları zəyiflətmə fikrində olan və onların qaynaq və sərmayələrini boşaltmaq üçün hər gün yeni oyunlara İslami həyatı təhlükəyə soxmaq istəyənlərin başlarına vurun.Allah, bu yolu qət etmələri üçün bütün Müsəlmanlara inayət və uğur ehsan etsin.
Böyük Ayətullah Şeyx Muhamməd Yaqubi:
Ağıldan kənar əməllərin edilməsi,nəfsə zərər vermək və ya din Əhli Beyt (a.s.) məktəbinə xəyanət və təhqirə səbəb olacaq şeylər caiz deyil. Bununla bağlı qəmə vurmaq və kəsən şeylərlə bədəni qanlar içində buraxmağdan çəkinmək fərzdir.
Ayətullah Muhamməd Mehdi Asifi: Bu işlər Aşura ismarıcını xalqa çatmasında pis təsurat yaradır və Hüseyni şiələrin hörmətdən düşməsinə səbəb olur.
Böyük Ayətullah Seyyid Əli Sistani:
“Yas və matəmə ləkə gətirəcək işlərdən Çəkinilməlidir”
Mərhum Ayətullah üzma Mirzə Cavad Təbrizi:”Əba Əhli üçün yas tutmaq ən önəmli dini şüarlardan və Şiənin bəqi qalmasının sirlərindəndir.Ancaq yas tutan əzizlər məzhəbin qaralmasına,İslam və Əhli Beyt (a.s) düşmənləri tərəfindən sui istifadə ediləcək işlərdən çəkinməkləri lazımdır.” Yenə başqa bir yerdə belə buyurmuşdur.” Yas elə bir şəkildə tutulmalıdır ki Şiəyə ləkə gətirməməlidir”
bü gün Düşmən Aşuranı necə tanıtdırır buna cavab olaraq google də ingiliscə aşura kəməsin fotolar bolməsində axyarışa verin.
Foto: qəmə vuran şiələr və
Foto: Düşməni başına qəmə vuran və həzrəti zeynəbin hərəmini müdafiə edən şiələr

124005_619 - Copy

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             دانلود

ghzkirs5djy0zmb4fw9i

sijLpf_535

 

360677_488 - Copy

167818_319

siwfcy_535

360677_488

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button