AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Təbrizin yeni seçilmiş təmsilçisi AİP sədr əvəzinin həbsinə münasibət bildirib

Təbriz əhalisi tərəfindən İslami Şura Məclisinə seçilmiş təmsilçi deyib: Bakıda Hacı İlham Əliyevin həbs edilməsi göstərir ki, İran İslam Respublikasının qonşularla xarici siyasətində dəyişiklik olmalıdır.

Qafqaz Həqiqətləri “Farsnews”-ə istinadla xəbər verir ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev bir neçə gün bundan əvvəl saxlanılmış və 4 ay həbsə məhkum edilmişdir.

Hacı İlham Əliyevə qarşı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət və casusluq) cinayət işi açılmış və barəsində 4 aylıq müvəqqəti həbs hökmü çıxarılmışdır. AİP-in sədri Hacı Mövsüm Səmədov da milli təhlükəsizliyi pozmaq və silahlı qrup yaratmaq kimi əsassız ittihamlarla məhkum edilmişdir və hal-hazırda zindandadır.

Təbriz əhalisinin Azərşəhr və Usku şəhərlərindən İslami Şura Məclisinə seçdiyi təmsilçi doktor Ruhullah Mütəfəkkirazad AİP sədr əvəzinin həbs edilməsinə münasibət bildirərək öz Tvitter səhifəsində yazıb: “Bakıda Hacı İlham Əliyevin həbs edilməsi göstərir ki, İran İslam Respublikasının qonşularla xarici siyasətində bir növ dəyişiklik olmalıdır.”

Doktor Mütəfəkkirazad vurğulayıb: “Bizim münasibətlərimiz mənfi balans əsasında qurulmamalıdır və islamçılara qarşı təzyiq göstərilməsinin bahası onlara ağır olmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button