ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Təbrizin Beynəlxalq İmam Rza (ə) çadırı türk və azərbaycanlı Ərbəin zəvvarlarını qarşılayacaq

Qüds Rəzəvi ostanının Şərqi Azərbaycan nümayəndəliyinin məsulu Məhəmməd Yusif Şakəri, Qüds Rəzəvi ostanının Ərbəin masası və müqəddəs ziyarətgahın Şərqi Azərbaycan əyalətindəki nümayəndəliyinin səyləri ilə Beynəlxalq İmam Rza (ə) çadırının Təbriz şəhərinin şərq girişində qurulacağını bildirib.

 

Məhəmməd Yusif Şakəri açıqlamasında belə qeyd edib: “Ardıcıl 3-cü il qurulduğu kimi Şərqi Azərbaycan əyaləti üzərindən Ərbəin ziyarəti üçün İraqa gedən Azərbaycan Respublikası, Türkiyə, Balkan yarımadası və Qafqaz ölkələrindən gələn ziyarətçiləri qəbul etmək məqsədilə Təbrizdə bu il də çadır qurulacaq”.

 

Şakəri açıqlamasının davamında keçən il Rusiyanın cənubu, Gürcüstan, Naxçıvan Muxtar Respublikası və Türkiyədən təxminən 1000 ziyarətçinin həmin çadırda qonaq olduğunu bildirib.

 

O, həmin çadırda ziyarətçilərə yemək verilməklə yanaşı, azərbaycanca moizə və əzadarlıq mərasiminin təşkil olunduğunu deyib.

 

Şakəri edilən planlaşdırmalara görə, sözügedən ziyarətçilərin yolboyu İranın müxtəlif əyalətində çadırlarda qonaq ediləcəyini sözlərinə əlavə edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button