ArxivXəbər lentiXəbərlər

“Show Radyo” cəza tədbirləri haqda xəbəri təkzib edir

Türkiyənin “Hürriyyət” qəzeti  Türkiyə Televiziya Ali Şurasının Azərbaycan prezidenti İlham Əliyev və xanmı Mehriban Əliyeva ilə bağlı təhqir yayımı iddiası ilə “Show Radyo”ya 5 dəfə proqramın dayandırılması, ən yüksək maliyyə cəzası verilməsi barədə qərar çıxarıldığı haqda məlumat yaymışdı.

Lakin radio rəhbərliyi yayılan xəbərləri təkzib edir. Media orqanının bununla bağlı yaydığı açıqlamda deyilir: “Əliyev ailəsinə hörmətsizlik” iddiasını qəbul etmirik, çünki efirimizdə şəxs və təşkilatların nüfuzuna zərər verəcək heç bir veriliş yayımlanmamışdır. Qaldı, mətbuatda yayılan, heç bir mənbə göstərilməyən cəza tədbirləri haqda xəbərlərə, belə bir fakt yoxdur. Yəni, RTÜK tərəfindən heç bir rəsmi xəbərdarlıq almamışıq. Əgər bu baş verərsə, bütün qnuni yollara baş vuracağıq.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button