AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Təbriz azad universitetlərinin rəhbəri: Ermənistan dövləti sionist rejimlə münasibət qurması qəbuledilməzdir

 

Doktor Əziz Cavanpur: Ermənistan dövləti İranın düşmənləri ilə əlaqələri möhkəmləndirməklə yaxşı qonşuluq və qonşuluq prinsiplərini pozmamalıdır. Bu ölkə dövləti bilməlidir ki, Ermənistanın qondarma və uşaq qatili olan rejimlə münasibətləri İran xalqı və dövləti üçün qəbuledilməzdir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Təbriz Universiteti professoru, Təbriz və Şərqi Azərbaycan Azad universitetlərinin rəhbəri doktor Əziz Cavanpur Ermənistan dövlətinin Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı “AranNews”-ə müsahibə verib. Müsahibəni təqdim edirik:

– Sizi salamlayır, yeni il və Məbəs bayramları münasibətilə təbrik edirik, bizə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildiririk.

Ermənistan dövlətinin Təl-Əvivdə səfirlik açması ilə bağlı qərarını necə dəyərləndirirsiniz?

– Mən də sizi və hörmətli oxucularınızı salamlayır, yeni ilin gəlişi və Məbəs bayramı münasibətilə İslam ümmətini təbrik edirəm.

Son hadisələrlə bağlı deyə birlərəm ki, Ermənistan dövlətinin bu günlərdə sionist rejimlə bağlı münasibətlərini möhkəmləndirmək istiqamətindəki qərar və rəftarı təəssüf və heyrət doğurur. Ermənistanın Qarabağı işğal etməsinə diqqət etməklə ümumi zehinlərdə ilk formalaşan variant budur ki, bu ölkənin sionist rejimlə yaxınlaşması onun işğalçılıq xislətindən irəli gələ bilər. Çünki təhdid, işğalçılıq və insan haqlarını pozmaq kimi məsələlərdə xristian sionizm və yəhudi sionizm arasında çoxlu oxşarlıqlar vardır. Tarix boyu da səlib yürüşləri kimi acı hadisələrin şahidi olmuşuq. Habelə, Yerusəlimin islami mərkəz olmasına razılıq verməmələrinin şahidi olmuşuq. Xristian sionistlərin təfəkkürlərində də bu məsələ çox hiss olunandır və hər iki cinah eyni istiqamətdə hərəkət edir.

Bugün Ermənistan dövləti istər-istəməz yeni tələyə düşüb və bu tələni quranlar əvvəldən İslam, Qüds, Məscidul-əqsa və İslam torpaqları qarşısında dayanan sionistlərdir.

– Sizcə, Ermənistan dövlətinin bu qeyri-müdrik və strateji səhv qərarı qarşısında hansı siyasəti seçmək lazımdır?

– Birincisi, İran Xarici İşlər Nazirliyi və ölkəmizin digər rəsmilərindən istəyirik ki, Ermənistanın bilərəkdən etdiyi bu hərəkətlərin qarşısında dayansınlar və onları öz rəftar və qərarlarını dəyişdirməyə məcbur etsinlər. Biz Ermənistanın qonşusu olaraq bu məsələ qarşısında sakit dayanmamalı, ciddi tələblərlə bu dövləti geri çəkilməyə məcbur etməliyik.

İkincisi, Ermənistan dövlətindən istəyirik ki, tələsik, ölçülüb-biçilməmiş və İranın düşmənləri ilə əlaqələri möhkəmləndirmək kimi qərarlarla yaxşı qonşuluq və qonşuluq prinsiplərini pozmasın.

Bu ölkə dövləti bilməlidir ki, Ermənistanın qondarma və uşaq qatili olan rejimlə münasibətləri İran xalqı və dövləti üçün qəbuledilməzdir və bu qərara yenidən baxılmadığı surətdə İranın rəftar və siyasətlərində ciddi dəyişikliyin şahidi olacaq.

– Bizimlə söhbətləşdiyiniz üçün minnətdarlıq edirik. Deyilməmiş hansısa bir məsələ varsa, buyurun.

– Sizə təşəkkür etməklə yanaşı, İran və qonşu ölkələrin xalqlarına başucaılğı, sağlamlıq arzu edirəm, Mütəal Allahdan Fələstin və işğal olunmuş Qarabağın tamamilə azad olunmasını, İslam dünyasının bütün çətinliklərinin aradan qalxmasını diləyirəm. Sizə uğurlar olsun.

– Biz də sizə sağlamlıq arzulayırıq və bizə vaxt ayırdığınız üçün bir daha minnətdarlıq edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button