ArxivIslamXəbər lentiXəbərlər

Tərtər işinin fiqurantlarının ailə üzvlərinin aksiyası

“Tərtər işi”  üzrə mühakimə edilmiş və istintaq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvləri bu gün Ədliyyə Nazirliyinin qarşısındakı Hüseyn Cavid parkında aksiya keçiriblər.

Aksiya iştirakçıları bəraətverici əsaslarla həbs edilənlərin azad edilməsini və istintaq zamanı öldürülmüş şəxslərin ölümdən sonra reabilitasiyasını və onlara şəhidlik statusu verilməsini tələb ediblər.

Polis aksiyaya müdaxilə etməyib, yalnız baş verənləri müşahidə edib. Hüquq mühafizəçiləri aksiyanın qətnaməsinin oxunmasına da mane olmayıb.

* 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbiçi və mülki şəxsin saxlanıldığını bildirib. Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 təqsirləndirilən şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button