ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Təbrizlilər Azərbaycan Respublikası xalqına minnətdarlıq etdi-Foto

General Qasim Süleymani şəhid olduğu günlərdə Azərbaycan Respublikasının dindar əhalisinin çoxu sərdarın şəhadəti faciəsindən təəssüfləndiyini, Ali Məqamlı Rəhbər və İran xalqı ilə həmdərd olduğunu bildirdi, Amerikanın terrorçu hərəkətini pislədi.

Arannews-Anac”-ın verdiyi xəbərə görə, İslam İnqilabının 41-ci ildönümü münasibətilə 22 Bəhmən bayramı bu il İranın bütün şəhərlərində şəhadət və minnətdarlıq ab-havası almışdı.
Ölkəmizin xalqı bütün şəhərlərdə İran bayrağı ilə yanaşı əziz şəhid sərdar Süleymani və silahdaşlarının şəkillərini də əllərində tutmuşdular. Təbrizin inqilabçı və coşqun xalqı inqilabçı qeyrət və coşqunluqla həm İnqilabın qələbəsi ildönümünü bayram edir, həm də sərdar Süleymaniyə görə hüznlü idi.
General Qasim Süleymani şəhid olan günlərdə Azərbaycan Respublikasının dindar əhalisinin çoxu sərdarın şəhadəti faciəsindən təəssüfləndiyini, Ali Məqamlı Rəhbər və İran xalqı ilə həmdərd olduğunu bildirdi, Amerikanın terrorçu hərəkətini pislədi.
Azərbaycan Respublikası xalqının İranla həmdərd olduğunu bildirməsi mövzusunda mühüm məsələ Azərbaycan Respublikası siyasətçiləri və medialarının bu ölkə dindarlarına qarşı təzyiqləri və sərdarın şəhadəti mövzusunu təkcə İran coğrafiyasına aid etmək istəmələri idi. Lakin Azərbaycan Respublikasının müdrik və zəkalı dindarları sərdar Süleymaninin şəhədət mövzusunu çox düzgün olaraq ümumdünya çərçivəsində görürdülər, zindanda və azadlıqda olan bir çox şəxsiyyətlər amerikalıların terrorçu hərəkətini pislədi, sərdar Süleymani və onun silahdaşlarının şəhadətinə görə başsağlığı verdi.
Bu gün Təbriz əhalisi 22 Bəhmən yürüşü və sərdar Süleymaninin 40 mərasimində ölkəmizlə həmdərdlik bildirdiyi üçün Azərbaycan Respublikası xalqına minnətdarlıq etdi, bu ölkənin islamçı məhbuslarının, xüsusilə Azərbaycan İslam Partiyasının

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button