ArxivFilm​IslamQarabağSosialXəbər lentiXəbərlər

Şuşada olduğunu iddia edən erməni güləşçinin növbəti yalanı – VİDEO

Qarabağda separatçıların cərgəsində Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edən erməni güləşçi Miqran Arutyunyan növbəti dəfə həmvətənlərini Şuşada olduğuna inandırmağa çalışıb.

Güləşçi müraciətində Şuşada olduğunu təkidlə vurğulasa da, görüntülərdə onun tarixi Azərbaycan şəhərində olmasını sübuta yetirə biləcək heç nə yoxdur. Görünür, M.Arutyunyan erməni auditoriyasının onun qaranlıqda hansısa ağacın qarşısında çəkdirdiyi görüntülərin Şuşa olmasına inanacaq intellekt səviyyəsində olduğuna ümid edir.

Üstəlik, güləşçi ilk videodan da dərs çıxarıb. Belə ki, ilk videoda onun qarşısında dayandığı restoranın Xankəndidə olduğunu müəyyən etmək üçün internetdə sadə axtarış etmək kifayət edirdi. İndi isə M.Arutyunyan “ağıl”la hərəkət edib və videonu qaranlıqda çəkib ki, Şuşada olduğu yalanı asanlıqla ifşa edilməsin.

M.Arutyunyan çıxışında eyni zamanda Qarabağdan qaçan erməniləri vuruşmaq üçün geri çağırıb.

Güləşçinin yanında dayanan şəxslər isə onun “cəsarətli” çıxışına müdaxilə edir və bəlkə də, özləri də bilmədən erməni cəmiyyətində hökm sürən fərarilik hallarını, Şuşanın itirilməsinin verdiyi psixoloji narahatlığı etiraf edirlər.

Onlar erməni kişilərini “cəsarətli olmağa” çağırır, vuruşmağa hünəri olmayanların isə heç olmasa xəstəxanada qadınlara kömək etməsini tələb edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button