ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Suraxanlı Ayətullah Mirzə Cəfərqulu

Həzrət Ayətullah Mirzə Cəfərqulu Suraxanlı,  Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı ruhanilərindən biridir. O, 1858-ci ildə Bakıda indiki Suraxanı qəsəbəsində dünyaya göz açdı. Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan kitabları və ilkin məlumat məqsədli dini hövzə dərslərini məntəqə ruhanilərindən öyrəndi. 1875-ci ildə səkkiz yaşında ikən atasının məsləhəti ilə Ərdəbil dini hövzəsinə daxil oldu. Sonra Zəncan və Qəzvinə səfər etdi. O zamanlar bu şəhərlərdə məskunlaşan və məşhur olan alimlər. fəqihlər və filosoflardan bəhrələndi. O, təqribən on yeddi il adı çəkilən dini hövzələrdə məskunlaşaraq, təhsil almışdır. Lakin onun ustadlarının kimlər olduğu haqqında heç bir dəqiq məlumat yoxdur. Bizə məlum olan məsələ budur ki, Mir Cəfərqulu üstün fəzilətlərə malik olmuş və məntəqədə alimlərinin, ruhanilərinin və xalqın böyük hörmətini, rəğbətini qazanmışdır. Məntəqənin ruhanilərinin çoxu onun şagirdi olmuşdur.

Mirzə Cəfərqulu 1892-ci ildə öz doğma torpaqlarına qayıdır. Hacı Müslim və Hacı Xasay məscidlərində camaat namazı qılır, moizə və təbliğlə məşğul olur. Orada mədrəsə tikərək, islam elmlərinin tədrisinə başlayır. Böyük bir kitabxana yaradaraq, xalqın istifadəsinə veirir. Gündən-günə onun etibarı və şöhrəti artır. Ətrafına çoxsaylı tələbə toplaşır. Lakin kommunist rejiminin hakim olmasından sonra, bu ilahi alim də, məntəqənin başqa alim və ruhaniləri kimi ateist kommunist rejiminin təqib, təhdid, işgəncə və əzab-əziyyətlərinə məruz qalır. Bütün bunların nəticəsində 1930-cu ildə bolşevik rejiminin məmurları onun fəaliyyət göstərdiyi mərkəzlərə hücum edərək, mədrəsə və kitabxanasına od vurub yandırdılar. Mal-dövlətini müsadirə edirlər. Bütün fəaliyyətlərinə qadağa qoyulur.

Bu hadisələrdən sonra dərin sarsıntı keçirən, qüssələnən Mirzə Cəfərqulu Suraxanlı, ruhi sıxıntılar nəticəində 1930-cu ildə şəhidcəsinə dünyaya vida edib, Haqqın dərgahına doğru ucaldı.

Qiyamət günü imamlarla məşhur olsun!

Hazırladı: Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button