AktualAktualArxivFatimi yaşayişFilm​IslammədəniyyatŞəkil​TarixXəbər lentiXəbərlər

Söz mülkünün şəhriyarı Ustad Şəhriyarın xatirəsinə/Film/Foto

Şəhriyar təxəllüsü ilə tanınmış böyük iranlı şair Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Təbriz şəhərindən olmuşdur, türk və fars dillərində şer yazmışdır.

Ustad Şəhriyar 11 dey, 1285-ci şəmsi (m. 2 yanvar, 1907) ilində Təbriz şəhərində dünyaya gəlmişdir. Həmin dövrdə şəhərdə xəstəlik yayıldığı üçün uşaqlıq dövrünü Bostanabad şəhristanının Xoşginab kəndində baba yurdunda keçirmişdir. Rahnomayi təhsil dövrəsini başa vurduqdan sonra 1921-ci ildə təhsilini Tehranın Darul-funun məktəbində davam etdirir və 1924-cü ildən tibb sahəsi üzrə ali məktəbə daxil olur.

Şəhriyarın ilk şer kitabı onun səmimi dostu, Şəhriyar təxəllüslü Əbülqasim Şivanın səyi nəticəsində 1929-cu ildə çap edilmişdir.

1931-ci ildə şairin ilk şer dəftəri çapdan çıxdıqda, böyük ədib və şair Məliküş-şüəra Bahar onun uca məqamı barədə deyir: “Şəhriyar təkcə İranın deyil, bütün şərqin iftixarıdır.” O, həmin dövrün şer və ədəbiyyat böyüklərinin hüzurunda deyir: “Mən Şəhriyar şeri kitabxanasını tapdıqdan sonra hər vaxt şer demək istədikdə, onu açıram, bir neçə qəzəl oxuyuram və zövqümü itiləyirəm.”

Ustad Şəhriyar gənclik çağlarında Tehranda incəsənət və ədəbiyyat böyükləri ilə yoldaşlıq edirdi. O cümlədən Əbulhəsən Səba, Məhəmmədtəqi Bahar, Arif Qəzvini. Sonrakı illərdə də Nima Yuşic, Huşəng Ebtehac, Kərim Əmiri Firuzkuhi və digər söz ustaları ilə dost idi və yaxın münasibət saxlayırdı.

1950-51-ci illərdə “Heydərbabaya salam” azəri-türkcəsi ilə məşhur poemasını yazır. Bu əsər Azərbaycan türkü ədəbiyyatının ən tanınmış əsəri sayılır. Şair bu əsərdə kəndin əsillik və gözəlliklərini çatdırmışdır. Bu poema modern şerlər arasında yer tutur və dünyanın 80-dan çox dilinə tərcümə edilmişdir.

Ustad Şəhriyar 1953-cü avqust ayında Təbrizə gəlir və öz əmisi nəvəsi Əzizə Əbdülxaliqi ilə ailə qurur. Bu izdivacdan Şəhrizad və Məryəm adlı iki qız və Hadi adlı bir oğlan dünyaya gəlir.

Şəhriyar həmişə xalq arasında idi. O, 1798-ci ildə İran İslam İnqilabından sonra İslam hökumətinin mədhində şerlər söyləmişdir. Şair həmişə gözəl şerləri və açıqlamaları ilə inqilab nailiyyətlərini qorumağı və düşmənin məkrindən qafil olmamağı diqqətə çatdırırdı. O, hətta inqilab və xalqla birgə olmaq üçün ən ağır çətinliklərə dözdü. Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xamenei bu haqda deyir: “O, inqilabın bütün həssas vaxtlarında təsirli rol ifa etdi.” Hər halda Şəhriyar islamçı və inqilabçı bir şair idi.

Ustad Şəhriyar xalqın isti-soyuq günlərində onların yanında idi. Bu üzdən onun şerləri də dillər əzbəri olurdu. Bəziləri Şəhriyarı xalqdan uzaq bir şair kimi tanıtdırmağa səy etsələr də, onun şerlərindən daim xalq arasında olduğu görünür. Şerlərinin məzmunu xalqın mədəniyyət, adət-ənənə, inanc və dəyərləri ilə bağlanmışdır. Belə olmasaydı, Şəhriyar xalqın qəlbində yer tutmazdı. Belə ki, hətta ölkənin uzaq yerlərində də o, xalqın sevimlisidir.

Ustad Şəhriyar hələ uşaqlıq çağlarından Quran və İslamın xalis maarifi ilə tanış olmuşdu. Onun ruhu və cismi əhkam və İslam dəyərləri ilə yoğrulmuşdu. Ona görə də şerləri canın dərinliyinə nüfuz edirdi. Ustadın bütün şerləri şirin şərbət kimi eşq və mərifət qətrələrini teşnə aşiqlərə içizdirirdi. Ustad özü bu barədə deyir: “Mən ədəbiyyatda bəxtimin gətirməyini kənddə böyüməyimə borcluyam. Altı yaşım var ikən əlifbanı oxumuşdum və cümlələri oxuya bilirdim. Lakin onların mənasını başa düşmürdüm. Bibimin otağında qalırdım. Orada bir taxça var idi. Taxçaya iki kitab qoyulmuşdu. Biri Qurani-məcid, digəri Divani-Hafiz idi. Mən bu kitabları götürürdüm, bəzən Quran, bəzən də divanı oxuyurdum. Əvvəldən başım Qurani-kərim və Hafizin şerləri kimi səvami kəlmələrlə doldu. Böyüdükdən sonra digər şerləri və digər məzmunları eşitdikdə, onlar mənə asan gəlirdi. Mənim onda bəxtim gətirdi ki, əvvəldən Quran və Hafizlə başladım.”

Şəhriyarın həyatının eniş-yoxuşları və şerinin təkamülü haqda geniş danışmaq olar. Ustadın müasir şer və ədəbiyyat sevərlər arasında yeri, İran xalqının Şəhriyarın şəxsiyyətinə xüsusi sevgisi demək olar ki, heç bir şairlə müqayisə edilə bilməz. Onun səksən illik həyatı boyunca qarşılaşdığı dövrlər həm ictimai, həm də ədəbi və mədəni cəhətdən çox çeşidlidir, Şəhriyar şerinin həmin enişli-yoxuşlu dövrlərlə düyünlənməsi şairin məqamını müasir şairlər arasında unikallaşdırır.

Şəhriyar azəri dilli ailədə dünyaya gəlsə də, fars şerinə də ucalıq bəxş etmişdir. Onun şerlərində milli və dini təzahürlərə digər təzahürlərdən daha artıq olması, xalq arasında şerlərinin daha geniş yayılmasına səbəb olmuşdur. Sadə, lakin çox cəlbedici bir dillə söylənmiş “Əli, ey hümayi rəhmət” şeri oxucuları və dinləyiciləri vəcdə gətirir, onları şövqdən ağladır. Bu kimi nümunələr Şəhriyarın divanında çoxdur.

Həmçinin vətənpərəstlik və iransevərlik anlamlarını Şəhriyarın şerinin hər yerində görmək olar. Məsələn:

“Tutaq, qan tökdü düşmən, Şəhriyar

Bilirsən ki, qan ilə rəsm olar İran”

beyti onun İrana sevgisini göstərir.

Bizim dövrümüzdə Şəhriyarın vəfat gününün Fars Şeri və Ədəbiyyatı adlanmasının bir çox gözəllikləri vardır. Şəhriyarın adının bu günlə əlaqəsi milli təəssüb və vətənpərəstliyi gücləndirir, fars dilinin möhkəmlənməsinə səbəb olur, süst təfriqəçilik təfəkkürləri qarşısında səddə çevrilir.

Azəri dilli ailədə dünyaya göz açmış Şəhriyar eşq və sevgi ilə fars şerinə ucalıq və aydınlıq bəxş etdi. İranlılıq və vətənsevərlik hislərini heç bir qüsura yol vermədən öz şerində cilvələndirdi. Ona görə də demək olar ki, Fars Şeri və Ədəbiyyatı Gününün Şəhriyarın adına seçilməsi çox yerində bir addımdır. Çünki Şəhriyarın şerləri fars şer və ədəbiyyatına marağı olanlar və bütün iranlılar üçün təsirlidir.

Ustad Şəhriyar ömrünün son günlərində xəstəliyinə görə Tehranın Mehr xəstəxanasına yerləşdirildi. 18 sentyabr 1988-ci ildə vəfatından sonra öz vəsiyyətinə əsasən, Təbrizin Sərxab məhəlləsində yerləşən Məqbərətüş-şüərada dəfn edildi. Hər gün ölkənin hər yerindən və qonşu ölkələrdən çoxlu mədəniyyətsevər tanınmış iranlı şairin qəbrini ziyarət edir.

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button