ArxivXəbər lentiXəbərlər

“Hillari Klinton prezident seçilərsə” – Tanınmış politoloqdan şok proqnoz

Zərdüşt Əlizadə: “Azərbaycan kiçik ölkədir və ABŞ-ın xarici siyasətində önəmli rol oynamır”

Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda Demokratlar partiyasından Hillari Klinton, Respublikaçılar partiyasından isə Donald Tramp nəmizəddir. Nəticələr açıqlandıqdan sonra ABŞ tarixinin 45-ci prezidentinin adı açıqlanacaq.

Bəs görəsən ABŞ-da seçiləcək yeni prezident ölkəsinin xarici siyasətində, xüsusilə Yaxın Şərq məsələsində hansı addımlar atacaq? ABŞ-ın yeni prezidenti olacaq şəxs Azərbaycanla bağlı siyasətdə nə kimi dəyişikliklərə imza ata bilər?

İslaminSesinin ünvanladığı sualları tanınmış politoloq Zərdüşt Əlizadə cavablandırıb. Politoloq bildirib ki, Hillari klinton president seçiləcəyi təqdirdə, Səudiyyə Ərəbistanı vasitəsi ilə milli dövlətlərin dağılması prosesi davam edəcək: “Ola bilər ki, ABŞ-ın böyük Yaxın Şərq planı həyata keçməyə başlasın. Amma Donald Tramp seçiləcəyi təqdirdə başqa ölkələrə təcavüzün dayandırılacağına dair söz verib. Buna icazə verilib-verilməməsi isə başqa mövzudur. Bütövlükdə isə kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ-ın xarici siyasətində əsaslı dəyişiklik gözlənilmir. Çünki ABŞ-ın oturuşmuş xarici siyasəti və nüfuzu mövcuddur. ABŞ-ın milli maraqlarından biri dolların hegemon olaraq qalmasıdır. Eyni zamanda hərbi ağalığın qorunub-saxlanılması da, milli maraqlara daxildir”.

Zərdüşt Əlizadə qeyd edib ki, Azərbaycan kiçik ölkədir və ABŞ-ın xarici siyasətində önəmli rol oynamır. Münasibətlər necə tənzimlənibsə o cür də davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button