AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şərqi Azərbaycan Universitetlərinin Tələbə Bəsici Mövqeini Açıqlayan Şura Ərdoğanın tərfiqəçi hərəkəti haqda bəyanat yayıb

Şərqi Azərbaycan Universitetlərinin Tələbə Bəsici Mövqeini Açıqlayan Şura Türkiyə prezidenti Ərdoğanın tərfiqəçi hərəkəti haqda bəyanat yayıb

Qafqaz Həqiqətləri xəbər verir ki, bəyanatın mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Ərdoğanın Arazla bağlı folklor şeirdən bir parça oxumasından iki gün ötür. Cənab prezident, halına nə gəlmişdir ki, ayrı düşmüş azərilərin bayatısını oxuyursan? Əgər səhv etmisənsə, peşman olduğunu de! Lakin tənə vurursansa, ayıb olsun sənə! Dünənki gününü yada sal. Muradınız Sarkisyanla oturub bir-birinə baxırdı. Siz Azərbaycanın kürəyinə hansı xəncərləri vurmamısınız?! Qarabağı işğal edənlərin torpağına göndərdiyiniz qızıllar yaddan çıxmayıb ki? O qədər sükut və xəyanətdən sonra bu gün sizə nə oldu birdən-birə iddiaçı cildində ortaya çıxmısınız? Yadınızdan çıxıbmı, 90 illərdə deyirdiniz ki, azərilərdən türklərə nə aidiyyatı var, onlar şiədir biz isə sünni?

Cənab Ərdoğan, sizin yeni-osmançılıq niyyətli xam xəyalpərəstliyiniz hamıya bəllidir. Hamı bilir ki, onu həyata keçirmək üçün milyonlarla həmvətənizin qanını necə qumara qoymusunuz, özü də illüzya və cinayətlə! Hamı sizin hayfalılar və terrorçularla lobbinizdən xəbərdardır. İndi hansı səbəbdən püşkü Azərbaycan Respublikasının adına atmısınız, silahlı muzdurlarınızı –yurdlarından köçkün saldığınız, məmləkətlərini odladıqlarınızı– dəstə-dəstə ona tərəf göndərirsiniz? Niyyətinizin azadlıq olmasından sevinəkmi? Qətiyyən aldanmarıq, sizin hiylənizdən xəbərdarıq.

Cənab Ərdoğan, sən özün də bir müddət bundan qabaq baş verən silahlı çevrilişi yada sal! Öz yuvanda süründüyün vaxtı. Halbuki, sənə qarşı o cür qiyama qalxmışdılar. İranın Türkiyə və sənin üçün etdiyi haqqı xatırla. Sən bugün İranı qiyamla qorxudursan? Uf olsun sənə! Sən İran azərilərinin sinəsindəki qeyrət haqda nə bilirsən? Sən nə bilirsən o kəslər barədə ki, bir günlər iblisin nəfəsi onların ölkəsinə toxunmasın deyə, hətta torpaq yeməyə hazır idilər. Uzaqlaş, ey çirkin, buranın aslanları kaftarları ovlamağı yaxşı bacarırlar. Sənin və soyun üçün bu qədər bəsdir ki, ağıllı davranasınız. Əks təqdirdə dövrün fitnəsi hətta dövrəndəki içiboş hasarları yaracaq, Təbrizdən deyil, Bakıdan İstanbulu nişan alacaq. Qorx ki, səninlə zidd olan atlantikpərəstlərin və millətçi sekularların tamahı üçün belə bir zindana düçar olasan!

Bil, oxuduğun şeirdən sonra bu da bizim qəlblərimizin virdi olub:

İgidlər yurdu Qafqazım sənə məndən salam olsun

Sənin eşqindən İranda hələ səbri talan vardır

Anam Təbriz mənə gəhvarədə söylərdi, yavrum bil

Sənin qalmış o tayda xallı-telli xalan vardır

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Şərqi Azərbaycan Universitetlərinin Tələbə Bəsici Mövqeini Açıqlayan Şura

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button